yuxu

Yuxu rejiminin pozulması xərçəng riskini artırır

Baxış sayı: 1. 002

Alimlər laborator şəraitdə təcrübədən keçirilən siçanlarda yuxu rejiminin pozulması ilə süd vəzi xərçənginin inkişafı arasında birbaşa əlaqə müəyyən ediblər.

“Current Biology” nəşrində dərc edilmiş tədqiqatın nəticələrinə əsaslanan həkimlər, iş rejiminə görə gecələr oyaq qalan qadınlarda süd vəzi xərçəngi riskinin arta biləcəyinə diqqəti cəlb ediblər.

Alimlər siçan üzrəndə aparılmış tədqiqatın nəticələrini insan üzərində də yoxlamaq fikrindədirlər. Onlar bəri başdan qadınlara növbəli iş rejimini nəzərdə tutan peşə fəaliyyətindən uzaq durmağı məsləhət görürlər.

Elmi dərgidə dərc olunan hesabatda qeyd olunduğu kimi, yuxu rejiminin pozulması kökəlməyə və xərçəngə tutulmağa səbəb ola bilər.

Belə ki, eyni miqdarda qida qəbul edən siçanlar arasında yuxuları pozulan siçanların çəkisi normadan 20 faiz artıq olub.

İnsanlar üzərində aparılmış tibbi müşahidələr bioloji ritmin pozulmasından əziyyət çəkən qadınlarda süd vəzi xərçənginin yaranması ehtimalının daha yuksək olduğunu aşkar edib.

Alimlər qeyd edir ki, belə bir qanunayuğunluq, sərnişin təyyarələrinin uçuş heyətlərinin qadın əməkdaşlarında müşahidə olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir