yemeye ne var

Zəfəranlı bulyon belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 431

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə zəfəranlı bulyonun hazırlanma qaydasını təqdim edəcəyik.

 

Ərzaqlar:

qoyun və ya mal sümüyü – 250 q.

baş soğan – 20 q.

yerkökü – 20 q.

cəfəri kökü – 10 q.

keşniş və ya şüyüd – 10 q.

zəfəran – 0,2 q.

duz, istiot

 ZEFERANLI BULYON

Hazırlanma qaydası

Sümüklər yuyulur və xırda doğranır. Qazana yığılıb su ilə qızdırılır. Kəfi və üzərindəki yağ arabir yığılır, coşqun qaynamağa yol verilmir. Bulyon 5 saat bişirilir. Hazır olmağa 1-1,5 saat qalmış soğan, yerkökü, cəfəri kökü və duz qatılır. Hazır olduqdan sonra zəfəran şirəsi qatılıb süzülür. Bulyonu ətdən də hazırlayırlar. Süfrəyə verildikdə narın doğranmış göyərti əlavə edilir.

 

Təqdim etdi: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir