telefon1

Zəngə “alo” cavabı verməyən 12 ÖLKƏ – FOTOLAR

Baxış sayı: 1. 840

Dünya ölkələrində telefon zənglərinə müxtəlif cavablar verilir. Bəziləri “alo”, “allo”, “eşidirəm”, “buyurun”, “bəli” və s. cavablar verdiyi halda Yaponiyada telefon zənginə dəstəyi qaldıran şəxs ilk olaraq “mosi-mosi” deyir. Bu onlarda adətdir.

“Gencaile.az” “Publika.az” istinadən sizə telefon zənglərinə qeyri-adi cavablar verilən 12 ölkənin siyahısını təqdim edir.

İtaliyada zəngə cavab vermək üçün dəstəyi qaldıran şəxs ilk olaraq “pronto” yəni “hazır” cavabını verir.

Almaniyada dəstəyi qaldırdığın anda qarşı tərəfin kiminlə danışdığını bilməsi üçün özünü təqdim etməlisən. Məsələn, məktəb direktoru German Told.

Yaponiyada zənglərə “mosi-mosi” deyə cavab verirlir. Bu “mosimasu-mosimasu” sözünün ixtisar forması olub mənası isə “danışıram-danışıram” deməkdir.

Yunanıstanda zəngə “parakalo” deyə cavab verirlər. Mənası “zəhmət olmasa buyurun” deməkdir. Bəli, yunanlar zənglərə məhz belə cavab verirlər.

Çinlilər telefon zənglərinə qısaca “vey” olaraq cavab verir. Mənası isə “danışırsız” deməkdir.

Koreyada isə dəstəyi qaldıran şəxs “yebosee” sözü ilə cavab verir. Bu “yeqi posee” sözünün ixtisarıdır mənası isə “bura baxın” deməkdir.

Hindistanlıların telefona cavab vermələri belə dini inanclarla bağlıdır. Belə ki, onlar zənglərə “ram-ram” deyə cavab verir. Bu müqəddəslərdən birinin adıdır. Mömin hindular bu salamlaşmadan çox tez-tez istifadə edirlər. Onlar inanır ki, bu cür salamlaşma neqativ enerjidən müdafiə edir.

İsraildə telefonlara “şalom” deyə cavab verilir. Deyilənə görə mənası “dəlisov dünya” deməkdir.

İspaniyada isə eyni anda bir neçə variant istifadə edilir. “diga” “digame” (danış mənasında) və “sí” (bəli mənasında).

Serbiya və Çernoqoriyada telefon zənglərinə “molim” deyə cavab verilir. Heç kim heç kimə yalvarmır, sadəcə bu sözün onlarda mənası “xahiş edirəm/zəhmət olmasa buyurun” deməkdir.

Meksikalılar zənglərə “bueno” sözüylə cavab verirlər. Mənası “yaxşı” deməkdir. Deyilənə görə tez-tez rabitədə yaranan problemlərdən sonra onlar zənglərə belə cavab verməyə başlayıblar.

Türkiyədə isə zənglərə nəzakətli şəkildə “efendim” deyə cavab verilir. Mənası “cənab/xanım”deməkdir. Bəzən isə dünyaca məşhur “alo” ifadəsi işlənir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir