Tədqiqatlar göstərir ki, zəngli saatla oyanan insanlar zamanla bir sıra problemlərlə üzləşə bilərlər.
Səhər oyanmaq üçün hamımız o dəhşətli səsə dözməliyik. Araşdırmalar bu səsin nəinki narahat, həm də sağlamlığa zərərli olduğunu söyləyir.
Tədqiqatçılar yuxunu 5 mərhələyə bölürlər. Burada oyanmanın ən dəqiq mərhələləri isə 1, 2 və 5-ci mərhələlərdir. Əksinə, bu mərhələlərdən kənarda oyanmaq, insan bədənini stresə salır, daha sonra narahat yuxuya səbəb olur.
Zəngli saatın zərərləri
Yüksək səs-küylə oyanan insanlar, gün ərzində əsəb və gərgin olurlar. Bu səbəbdən onlarda görmə qabiliyyəti zəifləyir, yaddaş pozulur və hadisələrə reaksiyaları pisləşir. Hətta bu səs zaman keçdikcə ürək-damar xəstəlikləri, iflic, nevroloji pozğunluqlar və intellektual geriləmə hallarına səbəb ola bilər.
İnsanlar çalışıb zəngli saat olmadan oyanmaq üçün bir nizam yaratmalıdırlar. Məsələn, hər gecə eyni vaxtda yuxuya gedən şəxslər, səhər avtomatik və rahat şəklildə oyana bilir.