qida

Zərərli qidalar niyə cəlb edir?

Baxış sayı: 1. 422

Alimlər insanların nə üçün zərərli qidalara meyil saldığını və kökəldiyini müəyyən edib. Məlum olub ki, bunun dieta ilə o qədər də əlaqəsi yoxdur. Məsələ hər bir konkret fərdin DNT özəlliklərindədir.

Kembric Universitetinin tədqiqatçıları 14 minə yaxın insanın sağlamlığı ilə bağlı məlumatları araşdırıb.

Alimləri müəyyən edib ki, az çəkili insanların arıq qalması təkcə onların iradə baxımından güclü olmasını göstərmir, eyni zamanda, “arıqlığa” genetik təmayülünün olmasından irəli gəlir.

Minlərlə könüllü arasından tədqiqat qrupu aşağı bədən çəkisi indeksi olan 1600 nəfəri seçə bilib. Üstəlik, onların 40 faizi əmin edib ki, istənilən qədər yemək yemələrinə baxmayaraq, artıq çəki yığmırlar.

İkinci mərhələdə genetiklər arıq insanlardan biomateriallar toplayıb. Araşdırma prosesində məlum olub ki, bu qrupdan olan əksər insanlarda “arıqlıq geni” var. Bu gen maddələr mübadiləsi prosesinin sürətləndirilməsinə xidmət edir.

Genetiklər qeyd edirlər ki, maddələr mübadiləsinin sürətləndirilməsinə cavab verən genlərin sekvenləşdirilməsi gələcəkdə kökəlmə problemini tamamilə aradan qaldırmağa kömək ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir