Gulnare Cebiyeva

Zamandan və internetdən səmərəli istifadə üçün nə etməli?

Baxış sayı: 961

Zamanı yaxşı dəyərləndirmək lazımdır. Biz əlimizdəki imkanlardan çox az bəhrələnirik. Az istifadə edirik. Əgər bir insan doğulduğu və öldüyü zamanın fərqini bilsəydi, o yaşamına nələrisə sığdırmağa çalışardı? Yoxsa ki, əlindən nə gələrsə gəlsin, etməyərək onsuz da ömrümə bu qədər gün qalıb deyə gününü yaşayardı?

Bu fərd olaraq dəyişir. Məqsədli insanlar ömrünü boşa verməyərək, zamanını dəyərləndirərək hədəfə doğru addımlayaraq bu dünyada müəyyən bir iz qoyub gedərlər. İkinci tip insanların çoxu isə sadəcə vaxt öldürərlər.

Vaxt bizi yox, biz vaxtı idarə etməliyik. Bir gün hər kəs üçün iyirmi dörd saat, 1 saat hər kəs üçün 60 dəqiqədir. Bəzən əlimizdə sadəcə 10 dəqiqə çəkir dediyimiz sadə bir işi etməyərək 10 dəqiqəmizi hədər edirik. Bəzən də həmin on dəqiqədə dünyanın ən möhtəşəm fikrini həyata keçiririk. Bəzən zaman keçmir, bəzən də zamanın sürətlə axdığını hiss edirik. Peyğəmbərimiz bir məsləhətində buyurur :”Boş oturduğunuz yerdə əlinizə bir çubuq götürüb torpağı yumşaldın bəlkə oraya bir quş meyvə tumu salacaq və orada bol bəhərli bir ağac bitəcək. Ondan gələcək nəsillər faydalanacaq. Deməli, biz həm də gələcək nəsillərin rifahı üçün çalışmalıyıq. Necə ki, bizim üçün çalışıblar. Dünyanın ən böyük kəşfləri edilib.Məsələn elektrik bizim üçün çox faydalıdır.Ondan bu gün istifadə etdiyimizə görə  Benjamin Franklinə,William Gilbet və Alessandro Voltona və.s.ixtiraçılara  təşəkkür etməliyik. Onlar vaxtlarını dəyərləndirib dünyada faydalı ixtira yaradaraq tarixdə iz qoyublar.Məgər bu gün görüləsi işlər bitibdirmi?

Xeyr. Ən maraqlısı da budur ki, bizə böyük şans verilib -İNTERNET. Bəli əlimizdəki telefonlar dünyaya çıxışımızdır. Artıq virtual aləmdə biz çox kəşflər çox nailiyyətlər, çox yaradıcılıqlar əldə edə bilərik.

Artıq texnologiya dövründə yaşayırıq. Zaman isə buna baxmır dəyərləndirmək üçün internetdən faydalı istifadə etmək lazımdır. Bir zamanlar yazını daşlara yazırdılar, böyük bir vaxt itkisinə səbəb olurdu. Bu gün isə telefon, notebook, komputer elmin nə qədər inkişaf etdiyinin sübutudur. Bu vaxta qənaətdir. Daha verimli çalışmağın rahat yoludur. Dünya artıq onlayn üzərindən universitet oxuyur. Dil öyrənir, ixtisas sahibi olur. Amma bəzən düşünürük ki, bizim övladımız bacarmaz. Məktəbdə zamanını  keçirib yol gəlib yorulan övladımızı bir də harasa uzaq bir kursa və ya repetitor yanına göndəririk. Lakin bunun daha asan yolunu tapmaq olar. Məsələn,  mən bir neçə ildir onlayn siniflər yaratmışam. Bu virtual məktəbdir. Uşaqlara zamandan, telefondan və internetdən səmərəli istifadənin yollarını açıqlayırıq və aşılayırıq. Şagirdlərimə hər zaman deyirəm: Atəş bizim üçün həm  təhlükəlidir , həm də ki, lazım. İstifadəsindən asılı olaraq atəş bizim ən vacib dörd ünsürdən biridir. Əgər atəşə əl vursaq, əlimizi yandırar. Faydası isə əvəz olunmazdır. Bizi soyuqdan qoruyur, yeməyimizi bişirmək üçün istifadə edirik. İnternerdən də biz faydalı istiqamətdə yararlanmalıyıq. Onda zərərli materyallar çoxdur, lakin istifadə etməyi bacarmaq lazımdır. Audio kitablar dinləməyi, tarixi filmlər izləməyi, bilmədiyimiz bir məlumatı araşdırmağı, hətta biznesimizi qurmağı internetlə həyata keçirə bilərik. Bunu da qeyd edim ki, mən artıq öz virtual biznesimi 3 ildir qurmuşam .Onlayn elm kursu olaraq üç ildir 500 dən çox şagirdə təhsil veririk. Valideyinlərin  razılığı işimizin uğurlu olmasının sübutudur.

vaxt 1

Hansı valideyn istəməz ki, övladı öz evində əyləşərək dərs keçsin, zamanını yolda itirməsin və eyni zamanda övladına keçirilən dərsin keyfiyyətinə şahid olsun, övladının dərsə necə hazırlanmasını izləsin. Valideynlərin  razılığına “onlineelmkurs”  instagram səhifəsində baxa bilərsiniz.

Əziz dostlar, bu məqalə bir oyanışın çağrısıdır. 2006 cı ildə yazdığım məqalələrdən birində  “hər anımız bir aləmdir” demişdim. Bu gün də zamanımızın hər anını bir aləm kimi dolu dolu yaşamalıyıq. Zamanı doldurmalıyıq. Təsəvvür edin ki , ömrünüzün son həftəsini yaşayırsınız və bütün arzularınıza çatmaq üçün xeyirli və faydalı işlər görməlisiniz. Zamanın dəyəri saatla yox, ona hansı gözəllikləri, hansı faydaları sığdırmağınızla ölçülür. Özünüzə, ailənizə və sevdiyiniz işlərə zaman ayırın, xoşbəxt yaşayın.Yaz gəlir təbiət oyanır, yenilənir gəlin biz də yenilənək. Zamanınız dəyərli olsun!

 

Gülnarə Cəbiyeva

“Telan” tədris mərkəzinin direktoru




1 şərh “Zamandan və internetdən səmərəli istifadə üçün nə etməli?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir