Sumqayıt şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Gencaile.az” Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, martın 13-də Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsindəki “AzərTexnoline” MMC-də işləyən şəhər sakini Füzuli Kərimovun üzərinə dəmir boru düşüb. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, mərhum məcburi köçkündür, ailəsi ilə birlikdə Sumqayıtda 26-cı məhəllədə yerləşən yataqxanada yaşayırmış. Orta təhsilini Laçın rayon Güləbird kənd orta məktəbində alıb.
“Gencaile.az” F.Kərimovun mərhumun və övladının fotolarını onun Facebook profilindən əldə edib.