“Gencaile.az” saytının instagram sosial şəbəkəsindəki “my_ sweet_house_1” səhifəsinə istinadən təqdim etdiyi “Şirin süfrə” rubrikasında sizə zefir tortunun hazırlanma qaydasını təqdim edirik.
Ərzaqlar:
Zefir – 0,5 kq.
Şəkərli peçenye – 150 qr.
Kərə yağı – 180-200 qr.
Qoz ləpəsi – 100 qr.
Qaynanmış qatılaşdırılmış süd – 1 banka
Hazırlanması:
Marketdən istənilən şəkərli peçenyelər alırsız, onları ya blenderin, ya da ətçəkənin köməyi ilə toz halına salırsız.
Qoz ləpəsinin ¼-ni tortu bəzəmək üçün saxlayacaqsız, qalanlarını üyüdürsüz. Kərə yağı ilə qatılaşdırılmış süd mikserdə çalınır. Bura üyüdülmüş qozla peçenyenin 2/3-nü tökürsüz, qarışdırırsız.
Tortu hazırlayacağınız buludu, formanı götürürsüz, zefirlərin yarısını düzürsüz, üstün bol krem çəkirsiz, sonra yenə qalan zefirlər düzülür, krem yaxılır. Ən sonra tortun üstünə qoz-peçenye ovuntusu səpilir.
Nuş olsun!
Damaq dadınıza uyğun tortların sifariş olunması üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz.
https://www.instagram.com/my_sweet_house_1