Zəif görmə ağlı da azaldırmış…

Baxış sayı: 1. 388

Ahıl yaşlı insanların pis görməsi ilə əqli zəifliyi arasında qarşılıqlı əlaqə varmış. Qocalıqda görmə problemini müalicə etdirməyə razılıq verməyən insanlar yaddaşlarını çox tezliklə itirirlər. AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Amerika həkimləri bu nəticəyə 8 il ərzində könüllülərin səhhətini təhlil etdikdən sonra gəliblər.

Tədqiqatçılar maraqlı fakt müşahidə ediblər. Demək olar ki, görmə orqanı xəstə olan və tibbi yardımdan imtina edən bütün insanlarda altshaymer xəstəliyinin simptomları olub.

Yaşlı insanlarda pis görmə aktivliyin zəifləməsinə, onların yaxınlıqdakı adamları və küçədə baş verənləri görməməsinə gətirib çıxarır. İnformasiya çatışmazlığı isə beyinin fəaliyyətinə təsir göstərir və nəticədə əqli zəiflik yaranır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir