deb

“Zipped” sviterlər – alpinistlərin qarderobundan gələn dəb

Baxış sayı: 1. 929

İdmanla bağlı dünya sənin dünyandır! Bu cümlə uzun müddət hər kəsin dilində olub. Təkrar biliyin aynasıdır deyib, biz də bu cümləni bir daha nəzərinizə çatdırırıq. Elə bu qışın da idman şıqlığı və alpinistlərin qarderobundan olan parçası zamoklu sviterlərdir. Bu parçanı mütləq qarderobunuza əlavə etməlisiniz, xanımlar. Səbəb: birincisi dəbdir, ikincisi isə rahatlıqdır. Qışın isti havalarında böyük boyunlu sviterlər çox isti ola bilər, amma zamoklu sviterlər ilə sizə isti olmayacaq.

Zamoklu, incə amma isti sviterlər bu mövsüm Christian Dior, Emilio Pucci və Lacoste-nin kolleksiyalarında yer alıb. Qalın zamoklu sviterlər, xəzli zamoklu sviterlər isə Chloe, Marques”Almeida və Topshop Unique-nun 2016 payız-qış kolleksiyaslarında var.

Bu qışın çox sərt keçəcəyini nəzərə alıb, belə dəbli sviterləri şəhərimizin mağazalarından – Zara, Mango-danəldə edə bilərsiniz. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir