“Gencaile.az”-ın təqdim etdiyi bu test vasitəsilə mərasim və ziyafət gecələrində sevilən və axtarılan şəxs olduğunuzu müəyyə edə bilərsiniz.
1. Acı ədviyyatlı yeməkləri xoşlayırsınız?
Bəli- 3, Xeyr- 2
2. Bəzən dişlərinizi yumağı unudursunuz?
Bəli- 4, Xeyr-1
3. Bəzən sevincdən tavana hoppanmaq istəyirsiniz?
Bəli- 4, Xeyr-2
4. Yığıncaqda özünüzü yaxşı hiss edirsinizmi?
Bəli- 2, Xeyr-1
5. Öz qonaqlarınızla məşğul olmağı bacarırsınız?
Bəli- 3, Xeyr-2
6. Krossvord həll etməyi xoşlayırsınızmı?
Bəli- 1, Xeyr-4
7. Gimnastika ilə məşğul olursunuz?
Bəli- 3, Xeyr-1
8. Başınız tez-tez ağrıyır?
Bəli- 1, Xeyr- 2
9. Melanxolik əhval–ruhiyyədə tez-tez olursunuz?
Bəli- 4, Xeyr- 1
10. Həmişə eyni saç düzümündə gəzirsiniz?
Bəli- 4, Xeyr – 1
11. Sakit, səssiz şəraitdə işləməyi sevirsinizmi?
Bəli- 4, Xeyr- 1
Nəticə
20 baldan az – I Tip
21-25 bal – II Tip
25 baldan çox – III Tip
I Tip: Siz yığıncaqları sevmirsiniz, sakitliyə, təmiz havada gəzintiyə üstünlük verirsiniz. Axşamı səs-küylü kafedə keçirməkdən daha çox evdə və ya təbii şəraitdə dostlarınızla ünsiyyət sizi sevindirir. Ona görə də tanışlarınız elə fikirləşirlər ki, siz darıxdırıcı insansınız.
II Tip: İnsanlara daha asan öyrəşirsiniz. Əhvalınız həddən artıq tez dəyişkəndir: bəzən kədərli, bəzən son dərəcə şən.
III Tip: Tanışlarınız hiss edirlər ki, yığıncaqlarda siz əvəzedilməzsiniz və son dərəcə lazımlısınız. Yumor hissiniz var. Başqalarında yüksək əhval-ruhiyyə yaratmağa köməklik edirsiniz. Maraqlı əhvalatlar danışmaqdan xoşunuz gəlir.