Geyim kombinənizi tamamlamaq üçün aksesuar istifadə edərək daha gözəl görünə bilərsiniz.
“Gencaile.az” Türkiyə mətbuatına istinadən şıq görünmək üçün sizə kömək edəcək bəzi aksesuarları təqdim edir:
Əlcəklər
Müasir və şıq görünüş üçün payız və qış mövsümündə maraqlı əlcəklərdən istifadə etmək olar. Tüldən hazırlanmış əlcəklər isə daha zərif görünüş bəxş etməyə kömək edər.
Saç aksesuarları
Son illərdə saç aksesuarlarına tül əlavə edilməsi, onları daha da zərif göstərir. Bu cür aksesuarlar romantik görünüş üçün mükəmməl bir seçimdir.
Naxışlı corablar
Rəngli və naxışlı corablar dəbli görünməyə kömək edir. Qış aylarında da qadınlar, gün ərzində dəbli görünmək üçün bu cür corablarla öz tərzlərini qoruya bilərlər.