geyim

Zövqlü qadın olmağın 5 qaydası

Baxış sayı: 1. 983

Moda ilə ayaqlaşmaq praktiki olaraq mümkün deyil, çünki hər yenii mövsüm özü ilə birlikdə onlarla yeni trend gətirir. Stil isə ölməzdir.

“Gencaile.az” bu yazıda həmişə dəbli, zövqlü və gözəl görünməyə kömək edən 5 məsləhət təqdim edir:

 

Qənaət etməyə dəyməz!

Elə geyimlər var ki, onlar istənilən dövrdə öz aktuallığını qoruyub saxlayır. Bunlara gecə tədbirləri üçün ayaqqabı, çanta, dəri gödəkcə, klassik biçimli yun palto daxildir. Qarderobun bu elementlərinin həmişə populyar olduğunu nəzərə alaraq, qənaət etməmək və onlara cəsarətlə pul xərcləmək olar. Məsələn, yaxşı və bahalı ayaqqabı sizin üçün əsl tapıntıdır, ona çox pul xərcləməklə lap on il də geyinmək imkanı əldə edəcəksiniz.

 

Bilmək müsbət haldır, almaq isə vacib deyil!

Bu mövsüm hansı ətəklərin populyarlıq zirvəsində olduğunu bilmək üstünlükdür. Amma bu, qətiyyən o demək deyil ki, hər xanımın belə yubkası olmalıdır! Trendlərlə yalnız o halda ayaqlaşmaq olar ki, o sizə yaraşsın.

 

Üç qüvvə

Elə günlər olur ki, yaxşı geyinməyə heç həvəsimiz olmur. Belə hallar üçün əlinizin altında əvvəlcədən düşünülmüş üç baza geyimi olmalıdır. Məsələn: bluz və ya sviter, şalvar və üst geyim. Bu zaman dəb tendensiyalarının heç bir əhəmiyyəti qalmır. Siz belə paltarda həmişə əla görünəcəksiniz!

 

Variantlar çoxdur

Alış-veriş zamanı seçim qarşısında qalmaq normal haldır. Lakin çeşidləri görüb özünüzü itirməyin. Bu zaman bəyəndiyiniz hər hansı geyimi, ayaqqabı və çantanı 3 ayrı-ayrı dəst ilə uzlaşdırmağın mümkünlüyünə diqqət edin. Sadə dillə desək, siz sviter almağa gedəndə onun həm klassik şalvar, həm yubka, həm də cinslə uyğun gələninə üstünlük verin.

 

Qarderobunuzdan maksimum faydalanın!

Çoxları elə düşünür ki, onlar bazar ertəsi işə ağ köynəkdə gəliblərsə, onda çərşənbə axşamı mütləq başqa bir köynək geyinmək lazımdır! Bu qaydalarla ruhunuzu yormayın. Biz əminliklə bildiririk ki, qarderobun bəzi baza geyimlərindən maksimum yararlanmaq biabırçılıq deyil. Ağ futbolka şalvarlarla və pencəklə yaxşı görünür, axşam isə onu cinslə birləşdirib gəzintiyə rahat gedə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir