Hər bir qadın gözəlliyinin qeydinə qalmalıdır. Amma bu o demək deyil ki, bahalı vasitələrə ovuc-ovuc pul xərcləməlisiniz. Adicə “ulduz” mazı ilə nə qədər işlər görmək mümkündür, heç bilirsiniz?
Apteklərdə ucuz qiymətə satılan “Zvyozdoçka” mazı bir çox hallarda köməyinizə çata bilər.
Məsələn dabanınızdakı qabarları sağaldıb uşaq dərisi kimi yumşaq edir. Dəhşətli baş ağrılarında alnınıza sürtsəniz tez bir zamanda faydasını görərsiniz.
Ev heyvanlarınızın təbii ehtiyaclarını ödədikləri yerlərə bu mazı sürtün. Bununla evinizin təmizliyinə nail olun. B
u balaca maz həmçinin milçək və ağcaqanadlardan qorunmaq üçün əla vasitədir. O həmçinin dırnaqlardakı göbələyi də sağaldır. Ulduz mazını yaranıza sürtsəniz, infeksiya və mikroblar da tez zamanda məhv olacaq. Əzələ və bel ağrılarını da sakitləşdirəcək. Dartılmış dərinizin üzərinə də mütəmadi sürtə bilərsiniz.