AILE

Əsəbiləşəndə heç vaxt bu sözləri işlətməyin

Baxış sayı: 566

Bəzən qəzəblənəndə nəzarəti saxlamaq asan olmur. Ancaq münasibətləri qorumaq üçün qəzəbi sağlam şəkildə ifadə etmək lazımdır. Bəs, biz bunu necə etməliyik? Qəzəbləndiyiniz zaman heç vaxt bu ifadələri deməyin…

Həyatımız boyu qarşılaşdığımız insanlarla hər cür fikir ayrılığı yaşaya bilərik. Bu vəziyyət sizi əsəbiləşdirsə də, ünsiyyət qurarkən diqqətli olmalısınız.

Amerikalı həyat koçu Stef Ziev də hesab edir ki, fərdlər qəzəbləndikdə heç vaxt müəyyən bir cümlə modelindən istifadə etməməlidirlər.

Qəzəbləndiyiniz anda dostunuza, həmkarınıza və ya sevgilinizə “Məni hiss etdirirsiniz (…)” deməkdən çəkinməyiniz lazım olduğunu iddia edən Ziev, bu cümlə modelinin vəziyyəti fərdiləşdirə və münaqişəni arzuolunmaz şəkildə qızışdıra biləcəyini bildirdi.

Müsahibəsində misal gətirən amerikalı , vəziyyətdən sonra “Məni kədərləndirirsən” demək əvəzinə,  “Bunu etdiyiniz zaman mənim üçün çətindir və özümü dəyərsiz hiss edirəm” deməyi tövsiyə edir.

aile

Amma insanlar qəzəbli olanda cümlələri diqqətlə seçmək o qədər də asan deyil. Ziyevə görə, problemi həll edə bilməyəndə təkid etməməli və sakitləşənə qədər söhbətdən uzaqlaşmalısınız.

Həyat məşqçisi qəzəbi sağlam şəkildə ifadə etmək üçün bu məsləhətləri də sadalayır:

1) Nitqin məqsədini müəyyənləşdirin.

2) Məsələni fərdiləşdirməyin.

3) Problemin həllinə töhfə verin.

4) Müzakirəyə hazır olun.

5) Başqasının sözlərinə qulaq asın.

6) Müsbət rəy bildirin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir