nermine abbasova

Əsnəmə nə zaman təhlükəli simptom sayıla bilər?

Baxış sayı: 552

Əsnəmənin öyrənilməsinə bir çox elmi araşdırmalar həsr olunub. Lakin indiyə kimi hər birimiz üçün bu adi halın əsl səbəbi məlum deyil.

Əvvəllər belə hesab olunurdu ki, əsnəmənin səbəbi havada oksigenin az olmasıdır ki, insan əsnəyərək ona çatışmayan oksigeni almağa çalışır. Lakin daha sonra araşdırmalar göstərib ki, bu əsnəmənin səbəbi sayıla bilər.

yuxu

Hal hazırda elmdə əsnəmə ilə bağlı  müxtəlif nəzəriyyələr mövcuddur – beyini soyutmaq üçün, dil və udlaq əzələlərinin gərginliyini azaltmaq üçün, qulaqlarda təzyiqi normallaşdırmaq üçün və s.

Lakin alimlərin fikrinə görə tez-tez və uzun-uzadı əsnəmə bəzi xəstəliklərin və pozulmaların simptomu kimi də meydana çıxa bilər.

Bu xəstəliklər və pozulmalar arasında:

esnemek

– yuxu problemləri

– güclü fizki və əqli yorğunluq

– yüksək təzyiq

– beyin damarlarının problemləri

– depressiya

ESNEMEK

Bu səbəbdən əgər siz tez-tez əsnəyirsinizsə, ilk növbədə kifayət qədər yatın və dincəlin.  Bu kömək etmirsə, həkimə müraciət edib ürək-damar sisteminin fəaliyyətini və arterial təzyiqi yoxlayın.

 

Nərminə Abbasova

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir