temizlik

45 dəqiqədə mənzili necə təmizləməli?

Baxış sayı: 1. 444

Yəqin ki, hər kəs çox qısa müddətə mənzili nizama salmaq problemi ilə dəfələrlə üz-üzə qalıb. Çox vaxt insanlar nədən başlamağı bilmədən mənzildə qaça-qaça düşürlər. Qarışıqlığın yaranmaması üçün nədən və necə başlamaq lazım olduğunu bilmək lazımdır.

 

Birinci mərhələ: mətbəx – 12 dəqiqə

İlk olaraq ümumi təmizlik etmək lazımdır. Bunun üçün 2 dəqiqə kifayət edəcək. Bütün lazımsız əşyalar mətbəx masasından yığışdırılmalıdır.

 

Ümumi təmizlikdən sonra qab-qacağı yumaq lazımdır.

Mətbəx səthlərinin təmizləməsinə başlamaq lazımdır. Bu məsələnin öhdəsindən gəlməyə mikro lifdən olan yumşaq dəsmal kömək edəcək.

Mətbəx texnikasının təmizliyi. Mikrodalğalı soba, soyuducu, qaz plitəsi və mətbəxdə olan digər texnikanı təmizləmək lazımdır.

Son olaraq döşəməni təmizləmək lazımdır. Əvvəl bütün qırıntıları və tozu süpürmək, sonra isə döşəməni silmək lazımdır.

 

İkinci mərhələ: yataq otağı – 10 dəqiqə

İlk olaraq bütün artıq əşyaları yığışdırın. Yataq otağı yalnız hər şeyin öz yerində olduğundan sonra təmiz və gözəl görünəcək.

Əgər çarpayı yığılmayıbsa, bunu dərhal etmək lazımdır. Əgər varsa çarpayını balaca dekorativ yastıqçalarla bəzəmək olar.

Tozun alınmasına başlamaq lazımdır. Təmizliyi otağın künclərindən başlayıb tədricən çıxışa yaxınlaşmaq lazımdır.

Sonda döşəməni təmizləmək lazımdır. Burada sizə tozsoran kömək edəcək. Həmişə olduğu kimi tozsoranla otağın künclərindən başlayıb çıxışa doğru təmizlik işləri aparmaq lazımdır.

 

Üçüncü mərhələ: vanna otağı və tualet – 8 dəqiqə

Təmizliyə başlamazdan əvvəl vannaya və unitaza təmizləyici vasitə tökmək lazımdır. Bu çətin çıxarılan ləkələri daha sürətli uzaqlaşdırmağa kömək edəcək.

Vannanı və ya duş kabinasını yaxşıca silmək, sonra isə təmizləyici vasitələrin qalıqlarını su ilə təmizləmək lazımdır.

Vanna otağındakı güzgünü təmizləyin. Bunun üçün sadəcə güzgü səthlərinin təmizlənməsi üçün xüsusi vasitədən istifadə etmək kifayətdir.

Unitazı təmizləmək üçün yuyucu toz və tualet şotkasından istifadə etmək lazımdır.

Vannanı diş fırçasının köməyi ilə təmizləmək olar. Bundan başqa belə şotka hətta ən çətin yerləri təmizləməyə kömək edəcək.

Sonda döşəməni təmizləmək lazım olacaq.

 

Dördüncü mərhələ: qonaq otağı – 15 dəqiqə

İlk olaraq qarışıqlığı aradan qaldırın. Bütün predmetlərin yerini düzəldib öz yerinə qoymaq lazımdır.

Tozun alınması.

Bütün şüşə səthləri xüsusi vasitənin və yumşaq dəsmalın köməyi ilə silmək lazımdır. Bu zaman səthi sıxmadan dairəvi hərəkətlərlə təmizləmək lazımdır.

Son olaraq döşəməni tozsoranın köməyi ilə təmizləmək lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir