xamali alma piroqu

Xamalı alma piroqu necə hazırlanır?

Baxış sayı: 741

Məhsullar:

– 3 yumurta

– 150 qr şəkər tozu

– 2 ç.q. vanil

– 250 qr xama (10-20%)

– 200-250 qr un

– 2 ç.q. qabartma tozu

– 2 iri alma (400 qr)

– pudra

 

Hazırlanması:

1) Almanın ortasını kəsin, nazik tiləkərə doğrayın.

2) Yumurtanı şəkər tozu və vanilinlə çalın.

3) Xama əlavə edin, qarışdırın.

4) Un və qabartma tozu əlavə edin, qarışdırın.

5) Formaya yağ çəkin, bir lay alma qoyun, üzərinə xəmirin yarısını qoyun.

6) Xəmirin üzərinə yenə alma, sonra qalan xəmiri qoyun.

7) Sobanı 180 C qədər qızdırın, piroqu 30-35 dəqiqə bişirin.

8) Soyudun, üzərinə pudra səpin.

Nuş olsun!

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir