salat

“4×4” salatı – RESEPT

Baxış sayı: 2. 000

Asan hazırlanmasına və ərzağın az olmasına rəğmən, bu salat süfrədə tez nəzərə çarpır. Çox hazırlamaq istəsəniz, ərzağın qədərini mütənasibliyi qoruyaraq artırın. Onu doğranmış göyərti ilə də bəzəyə bilərsiniz –  zövq məsələsidir.

Tərkibi (1 pay):

4 qara zeytun
4 bildirçin yumurtası
4 çerri pomidoru
4 balaca motsarella pendiri
duz
istiot
zeytun yağı
göyərti (zövqə görə – cəfəri və ya göy soğan)

Bildirçin yumurtalarını bişirib təmizləyin.

Göyərtidən başqa heç nəyi doğramaq lazım deyil.

Bütün ərzaqları salat qabına yığın, qarışdırın, duz, istiot vurun, üzərinə yağ gəzdirin. Göyərti səpin. Vəssalam!

Salatı kahı yarpağının üstünə də qoya bilərsiniz. (milli.az)

311523_2




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir