1970-ci illərdə məşhur olan məxmər gödəkçələr yenidən trendə çevrilib Belə ki, məxmər çoxdan köhnəlmiş hesab edilsə də, podiumda geri dönüş edib. Artıq onlar “Dries Van Noten” və “Tommy Hilfiger” kimi markalarının yeni kolleksiyalarında görünüb.
Bundan əlavə, bu qarderob əşyaları bir çox ulduzun diqqətini çəkib. Belə ki, britaniyalı müğənni Rita Ora qara rəngli fitinqli gödəkçə və buna bənzər şalvar geyinərək retro görünüş yaradıb.
Amerikalı model Hailey Bieber oxşar qəhvəyi blazeri əsas ağ köynək və enli cins şalvarla birləşdirib. Həmçinin, model Kaia Gerber öz kombininə gödəkçəyə qara top, düz cins şalvar və “Converse” idman ayaqqabısı əlavə edib.