novruz bayrami

Yel çərşənbəsi haqqında bilmədiklərimiz

Baxış sayı: 420

Bu gün ölkəmizdə ilaxır çərşənbələrin üçüncüsü, Yel çərşənbəsi qeyd olunacaq. El arasında bəzən Yel çərşənbəsində “Küləkli çərşənbə” də deyirlər. İnanca görə yel hava, həyat, təbiətin yenidən doğulması anlamına gəlir.

Qeyd edək ki, , bir çox bölgələrdə çərşənbələrin yeri dəyişdirilir. Məsələn, bu gün əksəriyyət Yel çərşənbəsini qeyd edirsə, ayrı-ayrı bölgələrdə Torpaq çərşənbəsi kimi qeyd olunur. Hətta bu barədə folklorşünas və araşdırmaçıların da fikirlər üst-üstə düşmür. İddialara görə “Avesta”da Novruz bayramının və çərşənbələrin kifayət qədər açılımı verilib və izah olunub. Belə ki, “Avest”ya görə ilk tanrı Ahura Məzdadır. O, ilk olaraq dünyadakı xaos və qarışıqlıqdan suyu ayırıb. İkinci isə Günəşin istisi ilə suyun müəyyən hissəsini buxarlandıraraq xassələrə ayırıb və bu zaman torpaq üzə çıxıb. Daha sonra isə hava və yel digər varlıqları hərəkətə gətirib. Bu baxımdan üçüncü çərşənbənin Torpaq, sonuncu çərşənbənin isə Yel çərşənbəsi kimi keçirilməsinin doğru olduğu iddia edilir.

Gənc alim deputatlığa namizədliyini irəli sürdü

Folklorşünas Elyar İslamoğlu mövzu ilə bağlı  danışarkən aşağıdakıları bildirdi: “Dekabr ayından sonra Böyük çillə bitir, Kiçik çillə başlayır. Bu çillənin 10 günlüyündə Xıdır Nəbi bayramı qeyd olunur. Bu bayramdan sonra Yalançı çərşənbə, Xəbərçi çərşənbə, Kül çərşənbəsi başlayır. Çərşənbələrin bu cür adlanması da çox az bölgələrdə təsadüf edilir. Amma ümumilikdə əksəriyyət çərşənbələri Su, Od, Yel, Torpaq çərşənbəsi adlandırır. Bəzən hətta bir çox bölgələrdə çərşənbələrin yerinin dəyişdirilməsinə də rast gəlirik. Məsələn, ötən həftə Bakıda Od çərşənbəsi qeyd olunsa da, Naxçıvanda Torpaq çərşənbəsi kimi qeyd olundu. Çünki bu sıralanmanı təqdiqatçılar müxtəlif cür qeyd edib. Ümumiyyətlə çərşənbələr ilə adət-ənənəni araşdıranda müxtəlifliyə rast gəlirik. Təqdiqatçılar həmrəy olub, əsl sıralamanı verə bilmirlər.

Daha sonra üçüncü, Yel çərşənbəsi gəlir. Bu çərşənbə ilə bağlı Yel baba rəvayəti var. Yel baba darda olan insanlara kömək edən bir obraz kimi təsvir olunur. Rəvayətə görə Yel baba meşədə azan bir qıza yumaq verir. Qız həmin yumağı aça-aça meşədən çıxa bilir”.

novruz tonqali

Yel çərşənbəsinin adət-ənənələrinə gəldikdə, bu çərşənbə də digər xüsusiyyətlərinə görə fərqlənir. Məhz bu çərşənbədə evlərdə təmizlik işləri aparılır, hər tərəf səliqəyə salınır. İnanca görə yel, külək insanlara xoş təəssürat bəxş edəcək. Belə ki, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Bu barədə folklorumuzda müxtəlif, əfsanələr, rəvayətlər, nəğmələr də mövcuddur.

Xatırladaq ki, ölkəmizdə bu ilin fevralın 26-da ilk çərşənbə – Su, martın 5-də Od, martın 12-də Yel çərşənbəsi qeyd olunur. Sonuncu ilaxır, Torpaq çərşənbəsi isə martın 19-na təsadüf edir.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir