Bəzi adamlar ayrılığa, başqalarından daha tez alışırlar və bu, haqqımızdakı həqiqətləri əks etdirə bilər.
Uzun müddətli münasibətlərdə, tərəflərin xarakterləri eyniləşir. Sevgilimizə xas xüsusiyyətlər ilə öz xüsusiyyətlərimiz arasında çaşdırıcı oxşarlıq yaranır.
Bəs ayrılığın, bizim şəxsiyyətimizi tamamilə dəyişəcəyi nə dərəcədə doğrudur? Və buna uyğun olaraq, şəxsiyyətimizin tipi, tək qalacağımız və ya yeni münasibətə qucaq açacağımız mənasına gəlirmi?
Müəyyən mənada bu sualların cavabı, cinsimizdən asılıdır.
2000-ci ildə çap olunan bir ABŞ tədqiqatı, boşanmanın kişi və qadınlara fərqli təsir etdiyini ortaya çıxarıb.
Paul Costa Junior və onun həmkarları, 40 yaşlarında olan 2000-dən çox adamın şəxsiyyətini test ediblər və onlarla təxminən, altı və doqquz il arası bir müddətdən sonra, yenidən əlaqə saxlayıb xarakterlərinin nə dərəcə dəyişdiyini yoxlayıblar.
Təəccüblü olsa da, boşanan qadınlar, ayrılıq nəticəsində gələn azaldığın təsirindən daha ekstravert olublar. Kişilər isə əskinə, emosional cəhətdən qeyri-sabit xarakterə sahibləniblər – tədqiqatçılar, ayrılığın onları həvəsdən salmasını söyləyiblər.
Lakin, bütün araşdırmalar bu nəticə ilə bitməyib. Bir qrup alman tədqiqatçısı, 1994 və 2006 arasındakı 12 il ərzində 500-dən çox ortayaşlı kişi və qadının xarakter dəyişikliyini ölçməyə çalışıb.
Onlar boşanan kişi və qadınların daha az ekstravert olduğunu aşkar ediblər. Bunun bir izahı, insanların, keçmiş həyat yoldaşı ilə ortaq dostlar və qohumların bir çoxu ilə əlaqənin kəsilməsi ilə sosial çevrələrinin seyrəlməsinə və nəticədə daha az ünsiyyətcil sosial olmasına səbəb olur. Boşanmalar həm də, onların “asılılığının” azalmasını göstərir. Bəlkə də bu, uzun müddətli evlilikdən qaynaqlanan dəstək ehtiyacının olmamasından irəli gəlir.
Ayrılığın öhdəsindən gəlmək
Ekstravertizm hər kəsdə müşahidə olunmasa da, insanın həyatında maraqlı nəticələr yarada bilər. Xüsusilə də, daha az ekstravert olanların, artan tənhalıq riski olduğundan.
Buna baxmayaraq, tədqiqatçılar, narahatçılığa əsas olmadığını deyir. “Biz, bu böyük dəyişiklik təcrübəsinin, insanın şəxsini işğal etməsi kimi bir sübutla qarşılaşmadıq,” onlar deyiblər. Başqa sözlə, ayrılıq acı olsa da, öhdəsindən gəlmək mümkündür.
Bu, ciddi ayrılığın xarakterimizə təsiri məsələsi deyil, eyni zamanda, bizim xarakterimiz, ayrılığa necə reaksiya verəcəyimizə təsir göstərir. Bu il dərc olunmuş bir araşdırmada, 2000-dən çox boşanmış belçikalının şəxsiyyətləri ölçülüb. Məqsəd, ayrılıqdan sonrakı 7 il ərzində onların qurduğu yeni münasibətlərin necə olduğunu müəyyənləşdirmək olub. (Qeyd: Avropada ən yüksək boşanma dərəcəsinə malik ölkələrdən biri olan Belçika, bənzəri tədqiqatlar üçün zəngin məlumat mənbəyidir)
An Katrien Sodermans və həmkarları, ekstravertlərin başqalarından fərqli olaraq, yenidən evlənməyə daha çox meylli olduğunu aşkar ediblər.
Yüksək neyrotizmə malik insanlar isə yeddi il ərzində ya tək yaşamağa, ya da bir neçə, lakin qısa müddətli münasibətlərə üstünlük veriblər – hər iki halda onlar, yenidən evliliyə könülsüz yanaşırlar. Sadiqlik səviyyəsi daha yüksək olan insanlar isə, yenidən ciddi münasibət qurmağa, uzun müddət birgə yaşamağa və sonra həmin insanla ailə qurmağa üstünlük verirlər.
Chris Martin və Gwyneth Paltrow kimi bəzi adamlar, ayrılığın pozitiv yanını görməyi bacardıqları halda, başqaları imtinanı daha həssas qəbul edirlər
Ayrılığın bu qədər stress dolu olmasının bir səbəbi kimi, bizim nəticədə kim olduğumuz ilə bağlı yaranan sual göstərilir. Xüsusilə də, uzun müddətli münasibətlərdə xarakterlər arasında güclü bir bağ yarandığı üçün, ayrılıq nəticəsində özümüzdən bir parçanı itiririk.
Bu həmçinin, “özünü dərk etmə əminliyinin” də azalmasına səbəb ola bilər. “Ümumiyyətlə, kim və nə olduğumundan əminəm,” kimi ifadələr, boşanmadan sonra, azalmağa başlayır.
Bu il dərc olunan bir məqalə, ayrılığa reaksiyamızın, fərd haqqındakı inamımızdan asılı olduğunu deyir. Stanfrord Universitetinin işçiləri Lauren Howe və Carol Dweck, özləri haqqında sərt anlayışa malik insanların, ayrılığı daha həssas qarşıladığını üzə çıxarıblar. Onlar üçün ayrılıq, xarakterlərindəki boşluğu aşkar edir və nəticə onlara son dərəcə mənəvi sıxıntı yaşadır.
Tədqiqatçılar həmçinin, məlumatlı olmağın, bu cür xarakterə malik insanlar üçün fərq yaradacağını aşkar ediblər. Xarakterin dəyişməz olduğunu yazan hansısa məqaləni oxuyan iştirakçıların, xarakterin həqiqətən də dəyişə bilən olduğunu oxuyan iştirakçılara nisbətən, ayrılığı daha həssas qarşıladığı deyilib.
Bunu izah etmənin pozitiv bir yolu var – nə qədər dəyişmək qabiliyyətində olan kompleks və çox istiqamətli quruluşa malik olduğumuzu xatırlasaq, bir o qədər də ayrılıq acısını az hiss etmiş olacağıq.
Biz rahatlamaq üçün, ekstraversiya itkisi riskinin yanlış olduğunu göstərən tədqiqatlara da nəzər sala bilərik. Bu təsiri əvvəlcədən hiss edə bilmək, ağıllı səslənir. Ayrılıqdan sonra, yeni dostluqlar və sosial çevrə qurmağa çalışaraq, tənhalığın qarşısını almaq olar.
Əlbəttə ki, uzun müddətli münasibəti bitirmək asan olmur, lakin unutmamalıyıq ki, bu, şəxsiyyətimizin göstəricisi deyil. Əgər münasibət klaustrofobik və cansıxıcı olubsa, həyatda sevgi və yeni istək hisslərini həqiqətən yaşayacağınızdan əmin ola bilərsiniz (BBC)