imtahan

Im­ta­ha­nön­cə­si stres­si ne­cə də­fə et­mək olar?

Baxış sayı: 1. 667

Sa­bah ali təh­sil mü­əs­si­sə­lə­ri­nə qə­bul im­ta­han­la­rı ol­du­ğu üçün abi­tu­ri­yent­lər və va­li­deyn­lər çox hə­yə­can­lı­dır. Ək­sər hal­lar­da im­ta­han­qa­ba­ğı stress o qə­dər güc­lü olur ki, abi­tu­ri­yent adi hal­da test­də top­la­dı­ğı ba­lın ya­rı­sı­nı güc­lə top­la­yır. Ne­cə de­yər­lər, bil­di­yi­ni də unu­dur. Bəs im­ta­ha­nön­cə­si stres­si ne­cə də­fə et­mək olar?

Psi­xo­loq Ar­zu Qur­ba­no­va­nın bil­dir­di­yi­nə gö­rə, im­ta­ha­nön­cə­si olan gər­gin­lik cər­ra­hi əmə­liy­yat ön­cə­si olan gər­gin­lik­dən qat-qat yük­sək­dir və əl­bət­tə ki, sağ­lam­lı­ğa güc­lü tə­sir gös­tə­rir: “Uzun müd­dət ki­tab oxu­maq, tap­şı­rıq et­mək, ey­ni əzə­lə və or­qan­la­ra dü­şən gər­gin­lik, in­ten­siv əq­li fəa­liy­yət, is­ti­ra­hət və yu­xu re­ji­mi­nin po­zul­ma­sı və ən əsas emo­sio­nal yük­lən­mə əsəb sis­te­mi­nin gər­gin­ləş­mə­si­nə sə­bəb olur. Baş ağ­rı­sı, ürək bu­lan­ma­sı, də­ri­də səp­ki­lər, özü­nü itir­mə, pa­ni­ka, qor­xu, yu­xu­suz­luq – bü­tün bun­lar im­ta­han ərə­fə­sin­də uşaq­la­rın ke­çir­di­yi na­ra­hat­lıq­la­rın yal­nız bir qis­mi­dir”.

Həm­söh­bə­ti­miz de­yir ki, im­ta­ha­nın uğur­lu ol­ma­sı əsas 2 amil­dən ası­lı­dır: “Ma­te­ria­lın yax­şı mə­nim­sə­nil­mə­si və im­ta­han za­ma­nı özü­nü ida­rə et­mə­yi ba­car­ma. Bi­rin­ci his­sə­nin sis­tem­li ça­lış­ma və ira­də tə­ləb et­di­yi ha­mı­ya mə­lum­dur. Odur ki, diq­qə­ti ikin­ci his­sə­yə ve­rək. Özü­nü ida­rə et­mə­yə gəl­dik­də isə bu­nu öy­rən­mək olar və va­cib­dir, çün­ki bu, in­sa­na yal­nız im­ta­han za­ma­nı de­yil, hə­ya­tın baş­qa mə­qam­la­rın­da da gə­rək­li­dir. İm­ta­ha­na çox yax­şı ha­zır­laş­san be­lə, ən va­cib an­da sə­ni elə bir hə­yə­can bü­rü­yür ki,  göz­lə­rin qa­ra­lır, ürək dö­yün­tü­lə­rin güc­lə­nir, əl­lə­rin so­yu­yur, tər­lə­yir. Bu hal in­sa­nı çox tə­əs­süf­lən­di­rir, çün­ki hər şe­yi bil­di­yin hal­da, öy­rən­dik­lə­ri­ni or­ta­ya qoy­ma­ğa im­kan ver­mir və is­tə­di­yin nə­ti­cə­ni ala bil­mir­sən”.

Psi­xo­lo­qun söz­lə­ri­nə gö­rə, im­ta­han elə bir si­tua­si­ya­dır ki, “özün özü­nə yar­dım et” prin­si­pi­nə əsas­lan­ma­lı­san. “İm­ta­han stre­si­nin öh­də­sin­dən gəl­mək üçün ki­fa­yət qə­dər sa­də qay­da və yol­lar var. On­lar­dan özü­nə da­ha uy­ğun gə­lə­ni se­çə bi­lər­sən. Bun­lar­dan bi­ri, im­ta­han və onun nə­ti­cə­lə­ri haq­da ne­qa­tiv fi­kir­lər­dən uzaq ol­maq­dır. Dü­şün­cə­lər re­al­lı­ğa çev­ri­lir. Odur ki, ağ­lı­na uğur­suz­luq­la bağ­lı fi­kir­lər gə­lər­sə, onu da­yan­dı­rıb qar­şı­lı­ğın­da po­zi­tiv dü­şün­mək la­zım­dır”.

Qur­ba­no­va məs­lə­hət bi­lir ki, im­ta­han ərə­fə­sin­də ha­zır­lı­ğı sa­at 17-18-ə qə­dər bi­tir­mək la­zım­dır. Axı­rın­cı sa­at­lar­da hə­yə­can­lı əz­bər­lə­mə ef­fekt­li de­yil. Təc­rü­bə­lər gös­tə­rir ki, ge­cə vax­tı bi­li­yi­ni nə qə­dər çox yox­la­san da, bir o qə­dər az yad­da qa­lır. Yax­şı olar ki, vaxt­dan is­ti­fa­də edib emo­sio­nal və in­tel­lek­tu­al cə­hət­dən yo­rul­muş or­qa­niz­mi­ni sı­na­ğa ha­zır­la­ya­san. “Bu­nun üçün im­ta­han ön­cə­si ax­şam sa­kit­ləş­di­ri­ci bir iş­lə məş­ğul ol­maq fay­da­lı­dır. Mə­sə­lən, gə­zin­ti­yə çıx­maq, duş al­maq, ko­me­di­ya fil­mi iz­lə­mək. Mə­lum olub ki, gü­lüş nə­in­ki stres­si gö­tü­rür, bun­dan baş­qa, iş­tah və iş qa­bi­liy­yə­ti­ni ar­tı­rır, yu­xu­nu nor­ma­ya sa­lır, hət­ta əq­li ba­ca­rıq və dər­ket­mə­ni be­lə ar­tı­rır. Yad­da sax­la­yın ki, im­ta­han­dan ön­cə­ki gün yax­şı yat­maq la­zım­dır. Bu­nun üçün gü­nün ikin­ci ya­rı­sın­da çay, ko­fe, şo­ko­lad və ko­la ki­mi qi­da­lar­dan uzaq ol­maq məs­lə­hət­dir”.

İm­ta­ha­nön­cə­si ra­hat­lan­ma­nın yol­la­rın­dan bi­ri psi­xo­lo­ji tex­ni­ka olan vi­zu­al­laş­dır­ma­dır. Ve­rə­cə­yin im­ta­ha­nın ge­di­şa­tı­nı is­tə­di­yin ki­mi tə­səv­vür et. Özü­nü kə­nar­dan ra­hat, sa­kit, su­al­la­ra asan­lıq­la ca­vab ve­rir­miş ki­mi gör­mə­yə ça­lış. Bu vi­zu­al ça­lış­ma tez-tez tək­rar­la­nar­sa, im­ta­han hə­yə­ca­nı aza­lar. “Əl­bət­tə ki, im­ta­han­qa­ba­ğı va­li­deyn­lər də abi­tu­ri­yent­lə­rə qar­şı meh­ri­ban dav­ran­ma­lı, on­la­rı qor­xuz­ma­ma­lı və stress və­ziy­yə­ti ya­rat­ma­ma­lı­dır”.

İm­ta­ha­nön­cə­si qi­da­lan­ma­ya fi­kir ver­mək önəm­li­dir. Be­lə ki, yu­xu­nun yax­şı ol­ma­sı üçün çə­tin həzm olu­nan və yu­xu­nu qa­çı­ran qi­da­lar­dan uzaq ol­maq la­zım­dır (mə­sə­lən, ma­ka­ron, dü­yü, ət, şir­niy­yat və s.). Tə­rə­vəz, ba­lıq və to­yuq əti, mey­və, yo­qurt və süd ki­mi qi­da­lar məs­lə­hət gö­rü­lür.

Psi­xo­loq bil­di­rib ki, im­ta­ha­nön­cə­si stress abi­tu­ri­yent im­ta­han ota­ğın­da əli­nə su­al ki­tab­ça­sı­nı al­dıq­da ar­tıq pik nöq­tə­si­nə ça­tır: “Bu za­man bil­dik­lə­ri­ni də unut­ma­maq üçün özü­nü ələ al­maq va­cib­dir. İm­ta­ha­nın nə­ti­cə­si abi­tu­ri­yent üçün önəm­li ol­du­ğun­dan o, hə­yə­can ke­çi­rir. Ba­şın­da hər şey qa­rı­şır. Bir qrup in­san­lar­da hə­yə­can­dan bey­nin fəa­liy­yə­ti aşa­ğı dü­şür. La­kin baş­qa qrup in­san­lar da var ki, on­lar­da ək­si­nə hə­yə­can ke­çir­di­yi vaxt be­yin fəa­liy­yə­ti güc­lə­nir və diq­qə­ti­ni da­ha da yax­şı cəm­lə­yə­rək unut­du­ğu bil­gi­lə­ri be­lə xa­tır­la­yır­lar. Əgər hə­yə­can­dan da­ha çox unu­dur­suz­sa, on­da hə­min an bü­tün əzə­lə­lə­ri­ni­zi ra­hat­la­yın. Əl və bi­lək­lə­ri ma­saj edin. Bun­la­rı et­dik­dən son­ra özü­nü­zü müs­bət is­ti­qa­mət­də kök­lə­yin ki, hər şey yax­şı ola­caq, siz im­ta­ha­na yax­şı ha­zır­laş­mı­sız və su­al­la­rın ca­va­bı­nı düz­gün qeyd edə­cək­si­niz”.

Mü­sa­hi­bim əla­və edib ki, bu məs­lə­hət­lər­dən is­ti­fa­də im­ta­han gü­nü da­ha güm­rah ol­ma­ğa, özü­nün yax­şı tə­rəf­lə­ri­ni gös­tə­rib uğur qa­zan­ma­ğa kö­mək edə­cək: “Ən əsa­sı unut­ma­yın ki, im­ta­han ölüm-qa­lım sa­va­şı de­yil, sa­də­cə mü­vəf­fə­qiy­yət yo­lun­da bir pil­lə­dir”.

Ay­nu­rə MƏM­MƏ­DO­VA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir