cizgi filmi

Sovet dövrünün ən yaxşı cizgi filmində GİZLƏNƏN İNANILMAZ MÜƏMMALAR

Baxış sayı: 1. 737

Keçmiş Sovet xalqlarının könüllərdə taxt quran bəzi cizgi filmləri günümüzdə də populyarlığını qoruyur. Məhz bunlardan biri: “Dumanda Kirpi”dir. Keçmiş Sovet məkanında ən sevilən cizgi filmlərdən biri olan ekran işi 35-dən artıq beynəlxalq və ümumittifaq mükafatları alıb.

2003-ci ildə Tokioda keçirilən “Laputa” festivalında müxtəlif ölkələrin 140 tənqidçi və multiplikatorları tərəfindən “Bütün zamanların və xalqların ən yaxşı cizgi filmi” seçilən “Dumanda Kirpi” uşaqlara olduğu qədər böyüklərə də xitab edir. Lakin qeyd etmək lazımdır ki, Yuri Norşteynin adıçəkilən ekran əsərini uşaqlardan çox, böyüklər sevir. Çünki oradakı parlaq personajlar uşaqları öz zarafatlarıyla əyləndirmir. Əslində müəllifin bu ekran işi şüuraltı və ölüm haqqında dərin metamorfik əsərdir. Bu səbəbdən “Dumanda Kirpi” animasiya filmi böyüklərə daha güclü təsir göstərərək onları ölümdən sonrakı həyat haqqında düşünməyə məcbur edir.

 

“Gencaile.az” “Publika.az”-a istinadən oxucuları sovet dövrünə ithafən, nostalji hisslərə qapılaraq çəkilən əfsanəvi cizgi filmiylə bağlı maraqlı faktlarla tanış edir:

Yuri Norşteynin 1975-ci ildə ekranlara gələn “Dumanda kirpi” adlı əsərini birmənalı qarşılamaq mümkün deyil. Orada açıq-aşkar danışılan hekayə və dəqiq süjet xətti yoxdur. Hər səhnəsi metaforadır, hər bir kadrı tamaşaçı ilə vizual dialoqdur. Odur ki, biz cizgi filmini yalnız ölüm, şüuraltı və yuxu haqqında fəlsəfi əsər kimi qiymətləndirə bilərik.

Ekran işinin məzmunu rusiyalı yazıçı Sergey Kozlovun “Dumanda Kirpi” hekayəsindən götürülüb.

 

Kirpi – xaosu təcəssüm etdirir

İlk kadrlardan cizgi filminin baş qəhrəmanı – Kirpinin qəribə görünüşünə diqqəti etməmək mümkün deyil. O, bədənində iynəsi olan əsl kirpiyə oxşamır. Yox, bu Kirpi qarma-qarışıq xətlərə malikdir, sanki onun forması mücərrəd ekspressionizm (Xırda burjua təbəqələrinin insan həyatını və onun mənəvi aləmini eybəcərləşdirən ictimai ədalətsizliyə, müharibəyə qarşı anarxist-fərdiyyətçi etirazının ifadəsi kimi XX əsrin əvvəllərində Avropa ədəbiyyatı və incəsənətində meydana gələn ədəbi cərəyan) idi. Eksperiment üçün Kirpinin klassik fraqmentini tanınmış amerikalı rəssam, abstrakt ekspressionizm cərəyanının ən görkəmli nümayəndəsi Pollok Ceksonun bir işi ilə əvəz edək:

Rəssamlar bu kadrda qəhrəmanın daxili aləmini qəfildən açıblar, çünki şüuraltını işə salmaq istəyiblər. Bax, personajın gözlənilməz xarici görünüşü belə bir dərin məna ifadə edir.

 

Bayquş və İeronima Bosxun rəsmi

Beləliklə, hadisə soyuq payız axşamında baş verir. Kirpi adlı məxluq ətrafda dolaşır. Qaranlıq siluetlər səbəbiylə onun arxasında əsl canavar çıxış edir.

Buradakı bayquş hollandiyalı rəssam İeronima Bosxun əsərinə aşkar göndərmə idi. Bosx demək olar ki, bütün əsərlərində bayquş rəsmi çəkirdi. Sənətşünaslar hesab edirlər ki, Bosxun bayquşları qüsur, axmaqlıq və nadanlıq rəmzidir. Dələduz bayquş aşağıdakı şəkillərdə sözün əsl mənasında onu nifrətlə psix adlandıran Kirpini ələ salır.

 

At – ölüm simvolu kimi

Əsas qəhrəman meşənin dərinliklərinə qədər irəliləyir və dumanda ağ at görür. At burada müəyyən mənada dini rəmz kimi təsvir olunub. Birincisi, at qədimdən müqəddəs heyvan sayılıb, günəşin rəmzi, bir çox tanrıların atributu və ya simvolu olub. İkincisi isə, tanrılar və mifik qəhrəmanlar səma atları vasitəsilə dünyadan dünyaya səyahət ediblər. Elə burada da ağ at o biri dünyaya aparan bələdçi kimi çıxış edib.

Xaotik Kirpi təhtəlşüurun qaranlıq məhsulu kimi bizim dünyamızdan xaric edilir və var oluşun sərhəddində onu ağ at qarşılayır. Bu zaman Kirpi özü də ölüm haqqında düşünür:

 

“At yuxuya gedərsə, o dumanda azacaq”

Duman isə Vereşaginin şah əsərinə işarə edir

Kirpi harasa getmək istəyir, yollandığı yeri bildiyini düşünür, amma dumanda azır və qəfil qarşılaşmalar onu qorxudur, səksəkəyə salır, vahimələndirir. Dumanda hər şey daha qorxulu, bədheybət təsir bağışlayır. Quş əjdahaya, ağac nəhəng yırtcıya, at isə uzaqdan gələn ağ və qorxulu canlıya bənzəyir. Dumanda Kirpi dünyanın özü – yeraltı, yer və göy aləmlərinin nümayəndələri şəklində ifadə olunmuş qəribə məxluqlarla üzləşir. Qaranlıqda gah ilbiz, gah fil, gah da bayquş uçur.

Kirpinin ətrafında Vereşaginin məşhur “Apofeoz müharibəsi” natürmortundakı qriflər kimi həşəratlar uçuşur.

 

Həyat ağacı ağıl xaricində

Əsərin sonuna doğru ekranda nəhəng ağac görünür. Bu, qol-budaqları ilə ağlın sərhədlərindən kənara çıxan əsl həyat ağacıdır. Orada üç dünya: yeraltı dünya, yer və göy birləşdirilib. Rasional, empirik və metafizik prosesləri təcəssüm etdirən nəhəng ağacı görəndə Kirpi açıq-aşkar sarsılır.

 

Cəhənnəm çayı Stiks

Öz metaforik səyahətinin sonunda Kirpi çayda göstərilir. Aydındır ki, bu su axını altında Stiks nəzərdə tutulub, qədim yunan mifologiyasına görə ibtidai varlıqlar burada yaranıb. Öz ölümüylə tamamilə barışan Kirpini belə varlıqlardan biri öz kürəyində suyun üzərinə çıxarır.

 

Qaranlıq meşə səhnəsi isə dəhşəti təcəssüm etdirir

Cizgi film uşaqlar üçün nəzərdə tutulsa da, Kirpinin meşədə keçməli olduğu qaranlıq səhnələri qorxulu filmləri yada salır. Hər şeyi sanki gecəgörmə cihazı çəkir: qeyri-səlis detallar, yaşılımtıl təsvirlər… Bundan başqa, kamera sanki mövcud olmayan operatorun çiynində yerləşir, hansı ki, gah Kirpinin arxasında gedir, gah da qarşısından geri çəkilir. Bütün bunlar görünməz olana qədər gözəgörünməz təhlükə hissini gücləndirir.

 

Andrey Tarkovskinin “Solyarisa” filmindən sitatlar

Rejissor Andrey Tarkovskinin yaradıcılığı Yuri Norşteyn üçün böyük ilham mənbəyi olub. Cizgi filminin ilk bir neçə dəqiqəsi ondan 3 il əvvəl – 1972-ci ildə çıxan “Solyarisa” ekran işini təkrarlayır. Orada da aktyor Donatas Banionis eynilə animasiya filmindəki kirpi kimi dumana doğru gedir, orada at görür və boğçasını budaqdan asıb çayda üzür.

Bu əsərləri şüuraltını tədqiq etmək marağı birləşdirir. Ora çox təhlükəlidir, belə səyahəti fəlakət gözləyir. İnsan zəifliyi və kirpinin təhtəlşüurunun dərinlikləri kövrək yarpağı simvolizə edir.

 

Bayquş-faşistlər

Federiko Fellininin avtobioqrafik “Amarkorde” filmi də çox dəqiq vurğulanıb. Əsrarəngiz meşənin ortasında sonsuz dumanda balaca oğlan var.

“Amarkorde” filmində də “Dumanda Kirpi”dəki kimi divlər çıxır.

 

Şüurun aydınlaşması

Nəhayət, dəyişdirilən şüurun tədqiqatına göz yummaq mümkün deyil. Süjetə görə Kirpi meşəyə tərəf öz dostu Ayının yanına gedir, amma huşunu itirmiş halda dolaşdığı fantazmaqorik (aldadıcı) dünyanın yolunda ilişib qalır. Bu cizgi filminin gedişində hər vasitə ilə işarə edirlər ki, sədaqətli dost ardıc budaqlarını odun içinə atır. Ardıcın elə bir növü var ki, o yanan kimi norpsevdoefedrin adlı maddə ifraz edir. Məhz bu maddə mərkəzi sinir sistemini tənzimləyir.

Əgər hadisələrin əks qaydada inkişaf etdiyini və əvvəlcə Kirpinin budaqları oda atan Ayının yanına gəldiyini fərz etsək, onda tədqiqatçıya psixonavtın (psixonavt – hallusinogen və digər psixotrop maddələrin köməyi ilə öz şüuru ilə eksperiment aparan bir insandır.) şüuraltı səyahətlərinin təsviri təqdim olunur.

Əvvəlcə Kirpinin hərəkətləri fəallaşır: O, Ayı doğru “getməyə” başlayır, hərçənd ki, o, bu müddətdə onun yanında oturub.

Sonra Kirpi ətraf dünyanın reallığını itirir. Rənglər tutqun olur, ətrafda gözlənilmədən qatı duman yaranır. Akustik effektlər yaranır: Hansısa səs, əsk-səda. Qaranlıqda qorxudan yaranan parlaq vizual qarabasmalar göstərilir: Bayquş, yarasalar, ilbiz, fillər.

Norşteyn ürəklənir və Amerika yazıçısı Hanter Tompsonun ən məşhur əsəri – “Las Veqasda qorxu və nifrət”dən adi sitat gətirməyə başlayır:

“Birdən göy dəhşətli şəkildə kükrəyir və göy üzü yarasalara bənzəyən canlılarla örtülür”.

Rusiyalı yazıçı Sergey Kozlovun eyniadlı hekayəsindən Ayı ilə Kirpinin dialoqunun maraqlı məqamlarını təqdim edirik.

Bu, hər dəfəsində soyuq payız axşamının çağında baş verirdi. Və hər axşam Kirpi ilə Ayı gah Kirpinin evində, gah da Ayının evində görüşüb, hər hansısa mövzuda danışırdılar. Elə bugün də kirpi ayıya dedi:

– Nə yaxşı ki biz bir-birimizdə varıq!

– Ayı başını təsdiq anlamında yellədi.

– Təsəvvür edirsən: mən yoxam, və sən tək oturmusan, danışmağa belə heç kimin yoxdur.

– Sən hardasan ki?

– Mən sadəcə yoxam.

– Elə olmur ki, – Ayı cavab verdi.

– Mən də elə düşünürəm, – Kirpi dedi. – Amma birdən – və mən yoxam. Sən təksən. Bax neynəyəcəksən sən?

– Sənin yanına gedəcəm.

– Hara?

– Necə yəni – hara? Evə. Gəlib, deyəcəm: “Axı sən niyə gəlmədin ay kirpi?” Sən isə deyəcəksən…

– Axmaq! Mən olmadığım təqdirdə, nə deyə bilərəm axı?

– Əgər evdə yoxsansa, deməli sən bizə getmisən. Mən evə qaçacam. A-a, sən burdasan! Və başlayacam…

– Nəyə?

– Tənbehə!

– Nəyə görə?

– Necə yəni nəyə görə? Ona görə ki, razılaşdığımız kimi etmədin.

– Biz necə razılaşmışdıq ki?

– Mən haradan bilim? Sən ya öz evində, ya da mənim evimdə olmalısan.

– Axı mən ümumiyyətlə, yoxam. Başa düşürsən?

– Demək ki, sən harasa gedib, qayıtmamısan. Mən meşəyə doğru qaçıb, səni harda olur olsun axtarıb, tapacam!

– Sən artıq hər yeri axtardın, – Kirpi dedi. – Amma tapmadın.

– Qonşu meşəyə qaçacam!

– Oradada yoxdur.

– Hər şeyi alt-üst edəcəm, və sən tapılacaqsan!

– Yoxam mən. Heç yerdə yoxam.

– O zaman, o zaman… O zaman mən zəmiyə doğru qaçacam, – Ayı dedi. – və qışqıracam: “K-i-i-i-r-p-i-i-i!” və sən eşidib, cavab vermək üçün qışqıracaqsan: “A-a-a-y-ı-ı-ı-ı-ı!..” Belə olacaq.

– Yox, – Kirpi cavab verdi. – Mən bir damcı belə yoxam. Başa düşürsən?

– Niyə məndən əl çəkmirsən? – Ayı hirsli halda cavab verdi. – Əgər sən yoxsansa, mən də yoxam. Başa düşdün?..

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir