pul

Bu vərdişlər insanları kasıb edir – SİYAHI

Baxış sayı: 1. 509

Aleksandr Şeps insanları kasıb edən, ruzinin qarşısını alan müəyyən vərdişlərin siyahısını tərtib edib. Ekstrasens Şeps bu siyahını rəsmi səhifəsində dərc edib. Aleksandr iddia edir ki, əgər bu 6 vərdişi tərgitsək, rifahımızı yaxşılaşdıra bilərik.

 

Şikayətlənmək vərdişi

Əgər insan daim pulsuzluqdan və ya bədbəxt olduğundan şikayət edirsə, bu zaman onun şüurunda neqativlik yaranır və bu onu bədbəxtliklərə və pulsuzluğa aparır.

Bədbəxtçiliyi haqqında kiməsə danışan insan özünü neqativə kökləyir. Çoxdan isə məlumdur ki, söz və fikir maddiləşir. Həyatından şikayət edən insan daha da bədbəxt olur. Çünki pis şeylər düşünür və mənfi enerji ilə yüklənir.

 

Hər şeyi birdən istəmək

Pul qazanmaq və yaxşı yaşamaq üçün səy göstərmək lazımdır. Kasıb isə birdən varlanmaq istəyir. İşdən qorxan, əlavə zəhmətdən, səhv və riskdən çəkinən insan heç vaxt varlana bilməz. Yada salmaq lazımdır ki, heç nə elə-belə əldə edilmir.

 

Sevmədiyin işdə çalışmaq

Aleksandr Şeps iddia edir ki, sizi qəti maraqlandırmayan və sizi şad etməyən sahədə fəaliyyət göstərmək sizə uğur gətirməz. Rifah və pul üçün sizi şad edən işdə çalışmaq lazımdır. Ancaq bu halda insan daha yüksək qazanca can atacaq və varlanacaq.

 

Paxıllıq hissi

Paxıllıq insanı daxildən parçalayır, xəstəlik və tənhalığa sürükləyir. Başqa insanın uğuruna paxıllıq etmək insanı mənfi enerji ilə yükləyir. Belə insan fəaliyyətsiz qalır və planlarını reallaşdıra bilmir.

 

Simiclik

Müəyyən şeylər var ki, onlara qənaət etmək olmaz. Məsələn, sağlamlıq, uşaqlar və təhsil. Bundan başqa ancaq ucuz əşya və ərzaq almaq vərdişindən də qurtulmaq lazımdır. Hər qəpiyin üstündə əsən insan pullu ola bilməz.

 

Vaxt öldürmək

İnsan vaxtını özü idarə etməlidir. Vaxt insanı idarə edə bilməz. Həyatının vaxtını mənasız sərf edən insanın heç vaxt çox pulu ola bilməz. Əgər işləriniz varsa, vaxt itirməyin, reallaşdırın.

 

Gözləmək vərdişi

Bəzi insanlar isə daim uyğun zamanı gözləyirlər və planlarını indi reallaşdırmadıqları üçün səbəb axtarırlar. Məsələn, öz biznesini qurmaq istəyən insan daim vaxt gözləyir. O, işə başlamağa qərar verə bilmir. Gah deyir mövsümü deyil, gah deyir təmir bitməyib, gah da deyir ki, kredit verilməyib. Amma bu uyğun vaxt nəsə yetişmir. Əgər hədəf varsa, indi başlayın, gözləməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir