Masin yagi

Hansı avtomobil yağı yaxşıdır? – ARAŞDIRMA

Baxış sayı: 1. 296

Yağın düzgün seçimi “mürəkkəb elmdir” və buna çox diqqətlə yanaşmaq lazımdır. Çünki “dəmir atınızın” ürəyinin fəaliyyəti yağın düzgün seçimindən çox asılıdır. İlk öncə avtomobilin tipini dəqiq müəyyən etmək lazımdır. Daha sonra onun yaşını bilməli, mühərrikin plan resursundan neçə faiz istifadə olunduğunu müəyyənləşdirməli, aqreqatın istismar şərtləri nəzərə alınmalı və yağın keyfiyyət xarakteristikalarını bilmək lazımdır.

Hər şeydən öncə yağın tipi ilə tanış olaq. O, mineral, yarımsintetik və ya tamamilə sintetik də ola bilər. 

Sonra yağın “SAE” nişanından sonra qeyd olunan rəqəmli kombinasiyasını, yəni, qatılıq üzrə keyfiyyət markalanmasını tapırıq. Bu, çox əhəmiyyətli şərtdir. Çünki, qeyd olunmuş informasiya yağların müxtəlif temperaturda qatılığından bəhs edir. Müxtəlif konstruksiyalı mühərriklərdə “SAE” göstəricisinə görə eyni sinifdən olan yağların işləmək qabiliyyətinin temperatur diapazonları əhəmiyyətli dərəcədə fərqlənir.

Onlar starterin gücündən, mühərrikin işə salınması üçün tələb olunan dirsəkli valın minimal hərəkətə gətirilmə sıxlığından, yağ nasosunun fəaliyyətindən, yağötürücü qurğunun hidravlik təzyiqindən və digər konstruktiv texniki, istismar faktorlarından (avtomobilin texniki vəziyyəti, benzin və ya dizel yanacağının keyfiyyəti, sürücünün ixtisasından və s.) asılıdır.

Qatılığından asılı olmayaraq istər sintetik, istər yarımsintetik, istərsə də mineral yağların yay temperatur diapazonunun tətbiqi təxminən bütün hallarda eynidir – 4000C-dən yuxarı. Ancaq aşağı temperaturlu (qış) diapazon müxtəlifdir. Sintetik yağlar üçün 15 – 2000C-dən aşağı olmayaraq, yarımsintetik 20 – 2500C-dək, minerallar üçün 15 – 2000C-dir.

Növbəti mərhələ – mühərrikin tipi ilə bahəm yağın istifadəyə yararlığının təyin olunmasıdır. 2001-ci il kataloquna əsasən bütün minik avtomobillərinin istehsalçıları sintetik mühərrik yağları ilə yanaşı yarımsintetik və mineral yağlardan istifadə etməyi məsləhət bilirlər. Bununla yanaşı “SAE” üzrə qatılıq sinfi – istismar vasitələrinin (APİ təsnifatı) səviyyəsi ətraf mühitin temperaturu ilə şərtləşdirilir. “APİ SJ SJİCF” təsnifatlı yağlar məsləhət görülür.

Müasir benzin mühərrikləri üçün nəzərdə tutulan “SJ” abreviaturasının açıqlaması, onun enerjiyə qənaət edəcək keyfiyyətlər və yağın israfçılığının qarşısını alacaq, həmçinin yüksək temperaturda qızarkən yığıntıların toplanmamağı deməkdir.

İndi isə istehsalçının təyin etdiyi resursa uyğun olaraq mühərrikin qət etdiyi məsafənin faiz nisbətini təyin edək. 

İstehsalçının təyin etdiyi resusrs dedikdə – istehsal olunan hər bir mühərrikə istehsalçı müəyyən bir məsafə zəmanət verir. Bu zəmanət müddəti bir birindən çox fərqlənir. Bəzi şirkətlər istehsal etdiyi mühərriklərə 400.000 km, bəziləri 500.000 km bəziləri isə 1.000.000 km zəmanət verir. Bütün bu göstəricilər istehsalçı tərəfindən avtomobilin texniki pasportunda qeyd olunur. Mühərrikin yağını seçərkən avtomobilin qət etdiyi məsafəyə diqqət yetirmək lazımdır.

Əgər avtomobilin qət etdiyi məsafə istehsalçı tərəfindən göstərilən rəqəmin 25 %-ni və ya ondan az təşkil edirsə onda, həmin mühərrik yeni hesab olunur. Ona yalnız “SAE 5W-30, SAE 5W-40, SAE 10W-30” və ya “SAE 10W-40” (bütün mövsümlərə uyğun)” yağlarını tökmək məsləhət olunur.

Avtomobilin qət etdiyi məsafə plan resursunun 25-75%-ni (mühərrik texniki baxımdan saz vəziyyətdədirsə) qət edibsə o zaman, “SAE 15 W-40, SAE 10W-30, SAE 10W-40” sinfindən olan yağlardan istifadə etsək, düzgün olar.

Avtomobil mühərrikinin plan ehtiyatından (köhnə mühərrik) 75% istismar olunubsa – “SAE 20W-50, SAE 20W-30, SAE 20, SAE 40(yayda) və ya SAE 10W-40, SAE 10W-50, SAE 15W-40, SAE 20W-30 (bütün fəsillərdə yararlı)” sinfindən olan yağlardan istifadə etmək məsləhətdir.

Sözsüz ki, yağın seçimi zamanı avtomobilin yaşı nəzərə alınmalıdır. Avtomaşın nə qədər yaşlıdırsa, aqreqatın konstruksiyasına bir o qədər sadə mühərrik yağı uyğun gələr.

Son illərin istehsalı olan mühərrik yağlarını (sintetik və yarımsintetik yağlarda daxil olmaqla), əvvəllər istifadə etdiyiniz yeni vasitələrlə əvəzləyə bilərsiniz. Ancaq yeni yağların köhnə, gücdən düşmüş avtomobillərdə istifadəsi yalnız qiymət məsələsidir.

Nəhayət son olaraq ən əsas məsələ, yağın alışı zamanı mütləq və mütləq kanistr, tıxac, qablaşdırma, etiket və möhürə ciddi diqqət yetirmək lazımdır. Tanınmış markaların saxtalaşdırılması tez-tez rast gəlinən haldır. Ona görə də məhsulun orijinallığına bir daha diqqət yetirmək gərəkdir. Əgər malın keyfiyyətinə və ya saxtalığına şübhəniz varsa, onda satıcıdan hökmən sertifikat tələb edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir