goz makiyaji

Göz laynerini göz formasına uyğun necə çəkməli?

Baxış sayı: 1. 241

Gözlər qəlbin aynasıdır. Biz qadınlar üçün gözlərimiz, baxışlarımız duyğularımızın, hisslərimizi qarşı tərəfə çatdırmağa qadirdir. Gözlərin ifadəsi insanın həqiqi fikirlərinin açarıdır. Qadın baxışı cəzbedici, mehriban, ümidverici və eyni zamanda buz kimi soyuq ola bilər.

Şübhə yoxdur ki, baxışlarımızı daha təsirli edən isə göz makiyajıdır. Amma unutmamaq lazımdır ki, xarici görünüşdə minimalizm və təbiiliyin dəbdə olduğu bir zamanda gözlərə edilən makiyaj abartılmış və bayağı olarsa sizi yanlış şəkildə ifadə edəcək. Bunun üçün bir çox xanımlar göz kölgələrindən daha çox göz laynerlərini istifadə edir və onun vasitəsilə həm dəbli görünüş, həm də ifadəli baxışlar əldə etmiş olurlar. Əlbəttə ki, bunun üçün ən vacibi göz laynerinin göz formasına və ümumi üz cizgilərinə əsasən çəkilmə qaydasını bilməkdir.
WIN_9784
Aşağıdakı göz makiyajı nümunələri dəbli ziyafətlər, moda gecələri və ya əyləncəli yığıncaqlar üçün nəzərdə tutulmaqla görünüşünüzə çoxlarının adət etdiyi yorucu klassik makiyajlardan fərqlidir. Eksperimentləri və xarici görünüşlərinə dəyişiklik qatmaq istəyən xanımlar bu makiyaj nümunələrini bəyənəcəyinə inanırıq.

Baxışlarınız qarşınızdakına qəlbinizdən keçənləri çatdıra biləcək qədər mənalı və cazibədar olsun, əziz xanımlar.


11
abWIN_9807122

33




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir