Amerikadakı Stanford Universitetinin maliyyə fakültəsindən professor Cefrey Pfeffer “İş həyatı insanları öldürür” deyərkən məcazi mənada danışmır. İş dünyasının ən vacib düşünənlərindən sayılan Pfeffer keçən il yayımlanan “Maaş (Çeki) üçün ölmək” (“Dying for Paycheck”) adlı kitabında modern iş həyatı və uzun iş saatlarının iş və ailə həyatı arasında çatışma yaratdığını, maddi etibarsızlığa səbəb olduğunu və insanın fiziki və ruhi sağlamlığına neqativ təsir göstərdiyini qeyd edir.
“Gencaile.az” BBC Türkcəyə istinadən iş həyatı və bizim sağlamlığımız arasındakı əlaqənin detallarını nəzərinizə çatdırır.
Pfeffer kitabda Yaponiyanın paytaxtı Tokioda infarktdan ölən 42 yaşlı Kenji Hamadanı misal çəkir.Hamada həftədə 75 saat işləyir və ofisə gəlmək üçün 2 saata yaxın yol gedirdi. 40 gün üst-üstə çalışandan sonra həyatını itirən Hamadanın durumu, Pfeffera görə, “insani olmayan” iş sisteminin bir nümunəsidir və bu durum Yaponiya ilə məhdudlaşmayıb.
Pfefferin araşdırmasına görə, Amerikada iş həyatındakıların 61%-i stressin onları xəstə etdiyini deyərkən, 7%-i işlə bağlı səbəblərə görə xəstəxanalıq olduğunu bildirirlər. BBC News Mundoya açıqlama verən Pfeffer Amerikada hər il 120 min işçinin işə bağlı stress nəticəsində öldüyünü, stressin hər il amerikalı işverənlərə 300 milyard dollardan artıq xərc gətirdiyini iddia edir.
Məsələ ilə bağlı ondan götürülən müsahibədə aşağıdakı detallar da var: Müəllifdən öncə soruşulub ki, “Kitabda iş həyatının zəhərli bir sistem olduğunu deyirsiniz. Modern iş həyatının insanlara təsir etdiyinə dair sübutlar nədən ibarətdir?” Müəllif bildirib ki, sağlamlığın neqativ təsir gördüyünə dair sübutlar mövcuddur. Uzun iş saatları, sağlamlıq sığortasının olmaması, şirkətlərin kiçildilməsi və stress maddi olaraq etibarsızlıq duyğusuna səbəb olmaqla yanaşı, ailə içində də neqativliklərə və xəstəliklərə səbəb olur.
Çalışma insani olmaqdan uzaqlaşıb. Bir yandan, işverənlər işçilərinə qarşı məsuliyyətlərini arxa plana atıb, digər yandan şirkətlərin çalışanları ilə keçici və qısa dönəmli müqavilərlə imzaladığı iş etibarsızlığa səbəb olub.
Bəs bunun məsuliyyəti kimin üzərindədir?
1950-60-cı illərdə rəhbərlər işçilərinin, müştərilərinin və səhmdarlarının maraqları arasında əlaqə qurmağı gərəklilik olaraq görürdü. Bu gün isə hissədarlara yönəldilmiş şəkildə irəliləyir. Yatırım banklarını düşünün: Çalışanlar işdən gəlib, evdə qısa bir duş aldıqdan sonra özünü yenidən ofisdə tapır. Bu sistemdə çalışanlar oyaq qalmaq üçün kokain və digər dərman-vasitələrə ehtiyac duyurlar.
– Daha çox təsir görən sektorlar varmı?
– Fabrik işçiləri, pilotlar və yük maşını sürücülərinin çalışa biləcəyi saatlar məhduddur. Amma bir çox peşənin heç saat məhdudiyyəti yoxdur.
– Kitabda iş həyatının 5-ci ən böyük ölüm səbəbi olduğunu deyirsiniz.
– Vəziyyət daha da pis ola bilər. Bundan işverənlər məsuliyyət daşıdığı qədər hökumətlər də məsuliyyət daşıyırlar, amma bu mövzuda heç bir şey etmirlər.
– Siyasətçilər nə edə bilir?
– Onların rolu böyükdür. Sistematik bir problem fərdi olaraq həll edə bilmərik, yenə sistematik bir müdaxilə və bir cür düzənləmə lazımdır. Şirkət rəhbərləri isə bu rəqəmləri sorğulamır. Səhiyyə maliyyələri çox böyük olsa belə, problemi görür, amma bunu həll etmək üçün çarə axtarmaq istəmirlər. Halbuki iş şərtlərinin diabet və ürək problemləri kimi xroniki xəstəliklərə səbəb olduğu bilinir.
– Bəs şirkətlər mümkün olacaq bir sistem dəyişikliyinin şirkət qazancına neqativ təsir göstərəcəyini müdafiə etməyəcəkmi?
– Bu doğru deyil. Stressli çalışanların istefa etmə ehtimalının daha yüksək olduğunu, fiziki və ya ruhi sağlamlıq problemləri olan işçilərin də daha az məhsuldar olduğunu bilirik. Amerika və İngiltərədə aparılan araşdırmalar, alınan icazələrə görə itirilən iş günlərinin çalışmaya bağlı stresslə əlaqəsi olduğunu göstərir. Amerika Stress İnstitutu bunun maliyyəsinin ildə 300 milyard dollara qədər çatdığını deyir. Dolayısı ilə xəstəlik icazəsi alan və ya ofisə gedən, amma məhsuldarlığı az olan işçilərinizin olması çox daha maliyyətli. Hətta iş yerləri üçün bir sərvətə başa gəlir.
– Bəs işçilər şərtlərini necə dəyişdirə bilir?
– Öncəliklə çalışanların öz sağlamlıqlarına diqqət etmə məsuliyyətini üzərinə götürməsi lazımdır. Əgər ailə və iş həyatı arasında balans qurmanıza icazə vermirsə, çalışdığınız qurumu atmalısınız. Bəziləri bunu edə bilməyəcəyini deyir. Mən isə deyirəm ki, “əgər həddən artıq duman içindəki bir otaqdasınızsa, buradan çıxmağa çalışırsınız. Çünki sağlamlığınıza ciddi təsirləri ola bilər”. İnsanlar özləri üçün həm müvafiq qanunları tələb edə bilməli, həm də özlərini qorumaq üçün ortaq hərəkət edə bilməlidir. Çünki burada cəmiyyətə böyük təsirlərdən söhbət gedir.