Isveçrənin yaşamaq üçün ən gözəl və ən zəngin ölkələrdən biri olduğunu eşitmisiniz. İsveçrənin bu qədər zəngin və inkişaf etmiş bir ölkəyə necə çevrildiyini heç düşünmüsünüzmü?
İsveçrənin maraqlı tarixi haqqında sizə bir neçə faktı təqdim edirik.
İsveçrə Qərbi Avropada yerləşir. Ölkə Almaniya, Fransa, İtaliya, Lixtenşteyn və Avstriya ilə qonşudur. 2017-ci ildə əhalisinin sayı 8.42 milyon olan İsveçrənin dənizə çıxışı yoxdur. Ancaq burada yerləşən Alp və Yura dağları İsveçrə təbiətini əsrarəngiz edir. Burada 1500-dən çox göl var. Ən məşhur göllər Blausee, Sürix, Cenevrə, Luqano və Klöntalerseedir.
1505-ci ildən bəri İsveçrə əsgərlərinin Vatikanda papanı qoruduqlarını da qeyd edək. Digər tərəfdən, onların zənginliyi və mədəniyyəti tarixin ən qədim dövrlərinə gedib çıxır. 1291-ci ildə Uri, Schwyz və Unterwalden bölgələrində qurulan qrupların bir araya gələrək Habsburg sülaləsini məğlub etmələri də ölkə üçün tarixi önəm daşıyır.
Ancaq ən etibarlı ölkələrdən biri olmasının əsas səbəbi həm Birinci, həm də İkinci Dünya müharibəsində bitərəf qalmalarıdır. Bu müharibələrdə bitərəf siyasət tətbiq edilməsi digər ölkələrin pullarını oraya yatırmasına səbəb olub. Bundan sonra bu ölkə hamının qoruduğu bir yerə çevrilib. Bununla birlikdə, İsveçrə hərbi quruluşunun da yüksək səviyyədə inkişaf etdiyini və xalqını qorumaq üçün etibarlı bir yerə sahib olduğunu qeyd etmək lazımdır.
Avropa Birliyinə qoşulmaması, demokratiyanı tam tətbiq edərək səsvermə yolu ilə qəbul etdikləri qərarlar və nazirlərin partiya münasibətlərini kəsməsi də İsveçrəni ən dinc ölkələrdən biri halına gətirir. Ona görə də deyilir ki, dünyada əsl demokratiyanın olduğu tək ölkə İsveçrədir. Ölkədə tətbiq olunan demokratiyaya görə, vətəndaşlar parlament tərəfindən qəbul edilən qanunlara etiraz edə bilərlər. Bu idarəetmə sistemində prezident yoxdur. Qərarlar 7 nəfərlik məclis tərəfindən qəbul edilir.
Öz qoşunlarını qorumaqla xaricdən qaçqın qəbuluna qarşı bir siyasət nümayiş etdirdiklərini də deyə bilərik. Ölkəyə xaricdən gələnlərin 20 faizi iş, investisiya və ya digər bu kimi məsələlərlə bağlıdır. Təhsil baxımından sənət və sənətkarlıq sahəsində daha çox irəliləməyi üstün tuturlar. Hər peşəyə verilən dəyər sayəsində universitet məzunu olmayan insanların da rifah səviyyəsi çox yüksəkdir. Ölkədəki təhsildə ingilis, fransız, alman, italyan və romanş dilləri tədris olunur. Mədəniyyət və sənətə gəlincə isə İsveçrə 600-dən çox muzeyi ilə sənət baxımından da yaxşı inkişaf edib.
Burada müharibə olsa ölkə vətəndaşlarının hamısının gizlənə biləcəyi sığınacaqlar mövcuddur.
İsveçrədə 2016-cı ilin sonunda qeyd olunan hesabatlara əsasən 261 bank var. Dünyanın ən bahalı qəhvəsi də ölkənin ən böyük şəhəri sayılan Sürixdə satılır.
İsveçrədə heyvan hüquqları da çox müdafiə olunur. Burada hər hansısa bir restoranda pişiyin və ya itin yemək yediyini görə bilərsiniz.
Dünyadakı bir çox əhəmiyyətli markaların İsveçrədə qurulması da ixrac baxımından ölkəyə böyük təsir göstərir.
Turan Oruc