tehsil

Tələbələr üçün dünyanın ən yaxşı 10 şəhəri

Baxış sayı: 441

Xaricdə təhsil almaq barədə qərar qəbul etmək üçün başlıca səbəblərdən biri fərqli təhsil sistemləri ilə yaxından tanış olmaqdır. Bu zaman doğru təhsil müəssisələrinin və proqramlarının seçilməsi mühüm faktordur. Bu məqsədlə  tələbələr üçün dünyanın 10 ən yaxşı şəhərini təqdim  edirik.

 

London, İngiltərə

İngiltərənin və Avropanın vazkeçilməz təhsil mərkəzi olan London tələbələrin ən çox seçdiyi şəhərdir. Həm əylənib, həm də keyfiyyətli təhsil almaları üçün tələbələri yaşayış yeri, dostluq və fəaliyyətlərlə təmin edən bir şəhərdir. Eyni zamanda, Londonda təhsil alan tələbələr qısa zaman ərzində iş də tapa bilirlər.

 

Boston, ABŞ

Boston ABŞ-dakı ən köhnə və böyük şəhərlərdən biridir. Bu şəhər ağlınıza gələcək bir çox mövzuda inkişaf edib. Xüsusilə təhsil, maliyyə, texnologiya və səhiyyə sahələrində. Harvard Universiteti, Şimal-Şərq Universiteti, Boston Universiteti və Massaçusets Universiteti Bostonda yerləşir. Bu universitetlər dünyanın ən yaxşı ilk 10 universiteti siyahısına daxildir.

 

Paris, Fransa

Fransanın göz bəbəyi Paris tələbələrə yaxşı təhsil vəd edir. Bahalı həyat tələb edən şəhər olsa da, həyat keyfiyyəti çox yüksəkdir. Paris eyni zamanda zəngin mədəniyyəti ilə də üst sıralardadır.

 

Sidney, Avstraliya

Avstraliyanın ən görkəmli şəhərlərindən biri olan Sidney tələbə şəhəri olaraq da tanınır. Bir çox sahədə özünə məşhurluq qazanan bu şəhər, xüsusilə gecə həyatı və rəngli yaşamı ilə də diqqət çəkir. Tələbələrin keyfiyyətli təhsil ala biləcəkləri şəhərlərdən biri olan Sidneyi rahatlıqla siyahınıza əlavə edə bilərsiniz.

 

Honq Konq, Çin

Honq Konq, Asiyanın qəlbidir. Bu qədər önəmli olmasının səbəbi isə ticarət və turizmin mərkəzi olmasıdır. Dünyanın ən varlı şəhərləri arasında olan Honq Konq eyni zamanda ən sıx şəhərləri arasına girməyi bacarıb. Bu şəhərin eyni adı daşıyan universiteti ölkənin ən köklü və keyfiyyətli universitetlərindən biridir. Asiyaya marağı olan və tələbəlik həyatını tam olaraq yaşamaq istəyənlər bu şəhəri mütləq gözdən keçirməlidir.

 

Tokio, Yaponya

Yaponiyanın paytaxı olan Tokio təqdim etdiyi staj imkanları ilə tələbələrin özlərini inkişaf etdirmələri üçün əlverişli şəhərdir. Əgər arxitekturası ilə diqqət çəkən tikililərə marağınız varsa, bu şəhər tam sizə görədir.

 

Münhen, Almaniya

Almaniyanın festival şəhəri olan Münhen, tələbələrin tam olaraq axın etdiyi şəhərlərdən biridir. Dünyanın ən böyük festivallarından biri bu şəhərdə gerçəkləşir, şəhər eyni zamanda turistləri ilə də ön plandadır. Texniki Universiteti və Münhen Ludviq Maksimilian Universiteti kimi məşhur universitetlərə sahibdir.

 

Monreal, Kanada

Kanadanın təhsil mövzusunda məşhurlaşmış şəhəri olan Monreal ölkənin ən böyük şəhərlərinin arasındadır. Monrealda təhsil almaq kimi bir düşüncəniz varsa, təhsil dili olaraq, ingilis və fransız dilləri seçiminiz var.

 

Sürix, İsveçrə

İsveçrənin ən böyük şəhərlərindən biri olan Sürix, universitet olaraq tələbələrin mütləq seçməli olduqları şəhərlər arasındadır. Şəhərin ən tanınmış və köklü universiteti Sürix Universitetidir. Bir çox Nobel mükafatı görmüş bu universitet tələbələrin maraq dairəsində olmağı da bacarır.

 

Seul, Cənubi Koreya

Cənubi Koreyanın paytaxı olan Seul, qonaqpərvərlik və uyğun yaşayış yerləri ilə tələbələrə bir çox imkanlar tanıdır. Seulun ən çox diqqətçəkən xüsusiyyəti isə bu şəhərdə təhsil alan tələbələrin işlə təmin olunması mövzusunda ilk yerdə olmasıdır. Əgər özünüzü təhsil barəsində inkişaf etdirmək istəyirsinizsə, Seul əla bir seçimdir.

 

Röya Rasimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir