usaq

İmtina edilmiş uşaqların psixologiyasında hansı dəyişikliklər olur?

Baxış sayı: 642

İmtina edilmək, hansı yaş olursa olsun hər bir insan üçün travmadır. Bunun verdiyi ağrı çox dərin yaşanır. Aparılan araşdırmalar göstərir ki, valideynlərin uşağın yanında olmaması, uşağın o zaman və gələcəkdə bir çox psixoloji və fizioloji problem yaşamasına gətirib çıxarır.

usaq

Valideynin yoxluğu uşaqda hansı mənfi izləri qoyur?

Zəkasının inkişafını ləngidir.

Danışması gecikəbilir.

İnsanlarla münasibətlərində sərhədləri aşılmış olur.

Asılı şəxsiyyət olaraq yetişir.

“Yox” deməyi bacarmır.

Qurban rolunda olur.

İnsanlara qarşı nifrət, soyuqluq yarana bilir.

Yalnız qalmaqdan qorxur.

Depresiyaya meyilli olur.

Hüquqazidd davranışlar sərgiləyə bilir.

Özünü günahlandırır.

Özünü qiymətləndirməsi aşağı olur.

Duyğularını ifadə etməyi bacarmır.

Diqqət çəkmək istəyir.

Bütün problemləri öz üzərinə götürüb həll etməyə çalışır.(Problem özlərinə aid olmasa belə)

Etdikləri yaxşılıqların qarşısında yalnız sevgi, dəyər görmək istəyir.

Bu sadaladığımız göstəricilər hər biri bir insanda cəmlənmir. Bu vəya başqa səbəblərin bir neçəsi bir insanda görünür.

usaq

Uşaqlar üçün valideynlərdən hansının yoxluğu daha ağır olur?

Sevgi, dəyər verməyi kənara qoysaq: Çünki bu istər qız, istər oğlan uşağı üçün vacibdir. Qız uşağı qadınlıq duyğusunu anadan, oğlan uşaqları kişilik duyğusunu atadan ilk dəfə alır. Doğrunu desək, birisinin olmaması halında hər iki rolları tək tərəf üstələnəcək. Beləliklə həmin valideynin yükü və məsuliyyəti artacaqdır.

usaq qatiller

Valideynlər hansı düşüncə və duyğuları yaşayır ki, övladlarından imtina edirlər?

Düzgün düşüncəsi olan heç bir valideyn övladından imtina etməz. Onu həyatın çətinlikləri ilə təkbaşına qoymaz. Bununla belə valideynin özünün yaşadığı bəzi  travmalar, uşağın məsuliyyətini dərk etməsinə maneə olacaq özgüvənsizlik duyğusu, bir şəxsiyyət olaraq öhdəliklərini dərk edə bilməməsi, buna səbəb olur.

usaq

Ailəsi tərəfindən atılmış uşaqlara, biz cəmiyyətin üzvləri olaraq necə münasibət göstərməliyik?

Nəzərə almaq lazımdır ki, elə uşaqların sevgi, dəyərə ehtiyacı var. Onlara sevgi göstərməkdən çəkinməyin. Valideynlərinin qoyduğu boşluğu doldurmasa belə,sevginin nə olduğunu sağlam şəkildə göstərə bilərsiniz.

 

Psixoloq Zumrud Haqverdiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir