Nermine Abbasova

Nərminə Abbasova: “Kürək ağrıları orqanizmdə baş verən patoloji proseslərin əlamətidir”

Baxış sayı: 474

Bu gün insanlarımızın bir çoxu kürək və onurğaətrafı nahiyələrin ağrımasından şikayət edir. Və əksəriyyət bu ağrıların səbəbini öyrənmək üçün həkim müayinəsindən keçməkdənsə, həkim məsləhəti olmadan apteklərdən ağrıkəsicilər alır, elə aptek işçisindən də istifadə qaydasını öyrənir və tətbiq edir. Belə olanda da heç özünün də xəbəri olmadan hansısa bir xəstəliyi gizlin şəkildə keçirmiş olur. Ağrılar şiddətləndikdə isə müalicəsi də çətinləşir.

Mövzu ilə bağlı oxucularımızı məlumatlandıran Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi ki, kürəkdə olan ağrılar orqanizmdə baş verən patoloji proseslərin əlamətidir:

“Buna görə də kürək ağrılarını aradan qaldırmaq üçün onu əmələ gətirən əsas səbəbi öyrənmək və xəstəliyi müalicə etmək lazımdır. Kürək və onurğaətrafı nahiyədə əmələ gələn ağrılar müəyyən səbəblərdən meydana gələ bilir. Bunlardan biri onurğa yırtığıdır. Xəstəlik makro və mikrotravmalardan meydana gəlir. Bu zaman hərəkət edərkən, asqırarkən, öskürərkən kəskin ağrılar meydana çıxır. Onurğa yırtığı ayaqların ucuna kimi ağrı, keyləşmə, qarışqa gəzməsi hissi, gücün azalması ilə özünü büruzə verir. Xəstəliyin diaqnozu MRT və KT vasitəsilə qoyulur.

Digər səbəb isə diskin sürüşməsidir. Bu zaman beldən ayağa qədər vuran kəskin ağrılar müşahidə edilir. Xəstəlik travmalar zamanı əmələ gəlir. Ağrılar nəinki ayaqlara, hətta kürək nahiyəyə də irradiasiya edir”.

 


Nərminə xanım qeyd etdi ki, digər səbəblərdən biri də əzələ ağrılarıdır. Onun sözlərinə görə, onurğaətrafı nahiyənin əzələ toxumasının xəstəliyi (miozit) kürək və onurğaətrafı nahiyədə vaxtaşırı meydana gələn əzələ ağrıları ilə müşayiət edilir:

“Ağrıların səbəbi müalicə olmadıqda residiv olaraq tez-tez əmələ gəlir və xəstəni narahat edir. Bu zaman ağrılarla bərabər əzələlərdə gərginləşmə də meydana çıxır. Ağrı və gərginlik hissi bir və ya ikitərəfli ola bilir. Bu ağrılar isə yorğunluq, nəm və küləkli, soyuqlama zamanı daha çox baş verir. Əzələ ağrıları zamanı MRT və KT müayinəsi heç bir nəticə vermir”.
Kürək və onurğaətrafı nahiyədə əmələ gələn ağrılara səbəb sırasında Aptropatiyanı da qeyd edən həkim bildirdi ki, Artropatiya travma səbəbli əmələ gəlir:

“Bu zaman kürək nahiyədə yerli gərginlik, onurğanın dartılması hissi, toxunma zamanı ağrı müşahidə edilir. Bu səbəbli əmələ gələn ağrıları yanlız kortikosteroid vurduqdan sonra sakitləşdirmək mümkün olur.
Onurğanın stenozuna gəlincə, bu, yetkinliklə əlaqədar olaraq baş verən dəyişikliklər zamanı meydana çıxır. Xəstəlik özünü kürəkdə ağrılar, bir müddət gəzdikdən sonra ayaqlarda ağrılar, ayaqlarda taqətin olmaması, kürək nahiyədəki qabırğaları şaqqıldadan zaman yüngülləşmə ilə göstərir. Kürək nahiyədə ağrının əmələ gəlmə səbəbini öyrənmək üçün kompyuter tomoqrafiyasından və MRT-dən isitifadə edilir”.

 

Terapevt iki kürəyinin ortasında baş qaldıran kəskin ağrılardan şikayət edən xəstələrin də MayoMedə müraciət etdiyini dedi. Bildirdi ki, ağrının səbəbini bilmək üçün həkimə müraciət edən xəstələr ən düzgün addımı atmış olurlar. Çünki iki kürəyin arasında baş verən ağrının səbəblərinin müəyyən edilməsinə ehtiyac var:

“İki kürək sümüyünün (qulunc) ortası ilk növbədə onurğa sütunudur. Bu hissədə onurğa fəqərələrinin forması fərqlidir. Onlar qabırğa onurğa oynağını yaradır, döş qəfəsinin yığılıb açılmasını, tənəffüs zamanı genişlənməni təmin edir. Bu hissədə çox sayda əzələ yerləşir. Əzələlərdən bir qismi onurğa sütununu vertikalı vəziyyətdə saxlayır, digərləri nəfəs alıb vermədə iştirak edir, üçüncü qrup insana hərəkət, iş görmək, çevrilməkdə yardım edir. Onurğa beynindən, onurğa beyin kanalından cüt sinirllər çıxır. Onlar siqnalları fəqərə və əzələlərə ötürür. Fəqərələrarası hündürlük azalanda, sıxılanda, onurğada əyilmə, skolioz, protruziya olduqda bu sinirlərə kompression təsir və təzyiq olur. Nəticədə sinirlər ağrı siqnalı ötürür”.

Həkim deyir ki, nəinki sinirlər, bütün onurğa sütun özü, əzələlər bu patologiyadan əziyyət çəkəcək. Lakin bəzən bu ağrıları başqa ağır xəstəliklərlə səhv salıb, ağrıya dözərək vaxt itirib, həyatını itirə bilərsən:

“Məsələn, ürəyin işemik xəstəliyi, stenoz, infarkt, koronar damarın tıxanması zamanı da eyni ağrılar olur və bu zaman təcili həkim müdaxiləsi lazımdır. İnsan özü kürəyinin ortasındakı ağrıya görə xəstəlikləri ayırd edə bilməz. Ona görə kürək ortasında ağrı olan zaman birinci nevroloqa getmək lazımdır. Kişilər isə ən birinci ürəyin EKQ-ni çəkdirməlidir. Yalnız təcrübəli nevroloq ağrının onurğa, sinir mənşəli və ya ürəkdən olduğunu ayırd edə bilər. Odur ki, bu cür ağrılarınız varsa, bizim MayoMed Klinikasına buyurub, həkim müayinələrindən keçərək sağlamlığınızı mütəxəsislərimizə etibar edə bilərsiz”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir