Evlilik deyərkən iki gəncin sevib birlikdə ailə qurması nəzərdə tutulur. Ailə kiçik bir dövlərdir. Ailə qurmadan öncə hər iki gənc sərbəst şəkildə öz qərarlarını verə bilən və ailədən nələri gözlədiklərinə əmin olan fərdlər olmalıdırlar. Ancaq son zamanlarda evlilik deyərkən daha çox evlilik mərasimləri yada düşür. Buna elçilik, nişan, xına, qız toyu, oğlan toyu, həftə hamamı və digər marəsimlər aiddir. Bəzi mərasimlər dövrümüzdə öz qüvvəsini itirsə də, bəziləri daha da geniş vüsət alır daha da müasirləşir və çox xərc aparır. Bir çox ailələrin bu mərasimləri həyata keçirə bilmədiyi üçün, borca girməyə və bankdan faiz götürməyə məcbur olduqlarına şahidlik edirik.
Evliliyi bir növ alış-verişə çevirən valideyinlər gələcək ailənin təməlini borc-xərclə qurmağa başlayırlar. Mərasimləri geridə qoyan gənc ailə ilk söz söhbətin təməlini qoymuş olur. Evlilikdən dərhal sonra isə tez bir zamanda övladsahib olmağa can atırlar.
Hələ bir-birilərini yaxşıtanımayan gənclər tez bir zamanda övlad sahibi olurlar. Övlad necə böyüdəcəkləri ona necə tərbiyə verəcəyləri haqqında heç bir anlayışı olmayan gənc ailə gələcəkdə də bir çox problemlərlə üzləşir və gedikcə bu problemlər daha da dərinləşməyə başlayır. Ailə daxili konfliktlərin yaranması irəlidə boşanmaya, ailə daxili şiddətə gətirib çıxarır. Təbii ki bu cür mühitdə böyüyən uşaqlarda bir çox psixoloji problemlər ortaya çıxır.
Gənc ailələrdə bu kimi problemlərin ortaya çıxmaması üçün onların tibbi müayinə ilə yanaşı, psixoloji müayinədən keçməli və lazımi yardım almaları tövsiyə olunur. Bu psixoloji cəhətdən ailənin güclü təməlinin qoyulması üçün mühüm şərtdir. Hər iki gənc bir birini yaxşı tanımalı evlilikdə yarana biləcək çətinlikləri birlikdə aşmalıdırlar. Yalnız bu zaman bu ailənin təməli güclü olacaq. Sağlam ailədə sağlam da uşaq büyüyəcək.
Ceyhunə Hüseynova
Maraqlı yazı üçün təşəkkürlər..uğurlarınız bol olsun əzizim
Uğurlar