Ceyhune Huseynova

Davranış pozuntusu haqda maraqlı məqamlar

Baxış sayı: 1. 083

Son zamanlar uşaqlar arasında yaranan problemlərdən biri də davranş pozuntusudur. Valideynlər bilməlidirlər ki, onlar uşaqlar üçün nümunədirlər və çalışmalıdırlar ki, yaxşı nümunə olsunlar. Çünki uşaqlar sözdən çox hərəkətlərdən təsirlənirlər. Valideyn uşağa ailə və cəmiyyət içində hərəkəti və davranışlarına diqqət yetirməyi, boyüklərə hörmət göstərməyi, dərslərini yaxşı oxumağı və nizam intizamlı olmağı təlqin edərlərsə, gələcəkdə üzləşdikləri maneləri dəf etmə gücünə malik olarlar. Davranş pozuntusu probleminə daha çox sərbəst tipli ailələrdə rast gəlmək olar. Bu cür ailələrdə uşaqlara heç bir qadağa qoyulmur uşaqların hər istəkləri yerinə yetirilir. Xüsusən də uşaqların telefondan çox istifadə etməsi, zamanının çox hissəsini sosial şəbəkələrdə keçirməsi gələcəkdə bir çox problemlərin yaranmasına səbəb olur.

Davranış  pozuntusu olan uşaqarda

1) Aqresiya;

2) İnadkarlıq;

3) Dırnaq yemə;

4) Barmaq əmmə;

5) Oğurluq etmə;

6) Söyüş söymə;

7) Diqqət əskikliyi;

8) Tiklər;

9) Məktəb fobiyası;

10) Doyumsuzluq;

11) Yalan danışma;

kimi hallar müşahidə olunur. Lakin bəzi hallarda  bu davranışları edən uşaqları davranış pozuntusu kimi qiymətləndirmək olmaz. Belə ki, körpə yaşlı uşaqlarda mülkiyət anlayışı olmadığından başqalarının əşyalarını götürə, fantaziyalarını işə salaraq yalan danışa və yaxudda kimləri isə təqlid edərək söyüş söyə bilər. Bunun üçün də valideynlər uşaqların inkşaf dövrlərinin xarakteristikasını bilməlidirlər. Davranış pozuntusu olan uşaqlar diqqət çəkmək və yaxud da  valideynlərindən qisas almaq üçün bu hərəkətləri sərgiləyirlər.

Davranış pozuntusu olan uşaqların valideynləri ilk növbədə uşaqları diqqət mərkəzində saxlamalı, onları sevgi və qayğıdan məhrum etməməli, yanlış hərəkətlərini görməzdən gəlməli, uşaqlara yaşlarına uyğun öhdəliklər verməlidirlər. Valideynlə yanaşı məktəbdə müəlimlərdə uşaqlara qayğı və diqqətlə yanaşmalıdırlar. Uşaqların maraq dairələrinə uyğun məşğuliyətlərə, (futbol, basketbol,tenis, musiqi, rəsm və s. kimi) geniş yer verilməlidir. Evdə isə valdeyinlə çoxlu zaman keçirməli, onlarla müxtəlif əyləncəli oyunlar oynamalıdırlar. Cəmiyətə sağlam düşüncəli şəxsiyyətlər yetiştirmək hər bir valideynin borcudur.

 

Ceyhunə Hüseynova




2 şərh “Davranış pozuntusu haqda maraqlı məqamlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir