usaq silah

Zorakılıq səhnələrinə baxmaq uşaqlarda aqressivliyi təşviq edirmi?

Baxış sayı: 434

ABŞ-da və bir çox başqa ölkələrdə kütləvi atışma və silahlı zorakılıqla bağlı narahatlıqlar zorakılığı təbliğ edən medianın uşaqlarda və yeniyetmələrdə zorakı davranışı təşviq edib-etməməsi sualını doğurur. Bunu, valideynlərin düşünməsi xüsusilə vacibdir, çünki zorakılığı TV və filmlərdə, İnternetdə və bəzi məşhur video oyunlarında asanlıqla görmək olar.

Bu məsələ mediada tez-tez mübahisəli sual kimi təqdim edilsə də, bizim kifayət qədər sübutlarımız var ki, mediada zorakılıq faktlarının bu qədər çox işıqlandırılması uşaqları daha çox zorakılığa vadar edir. Mövzu ilə bağlı ən məşhur araşdırmalardan birində məktəbəqədər uşaqlara şişmə kukla ilə oynayan bir yetkinin videosunu göstəriblər. Videoda uşaqlar onun kuklanın üstündə oturaraq burnuna vurmasına, başına çəkiclə vurmasına, dəfələrlə təpiklə vurmasına baxıblar.

Videoya baxdıqdan sonra uşaqları eyni kukla və müxtəlif müxtəlif oyuncaqlar olan oyun otağına aparıblar.

Gözlənildiyi kimi, aqressiv videoya baxan uşaqlar gördüklərini təqlid ediblər – onlar gəlinciyi çəkiclə vurub, döyüb, təpikləyiblər. Amma ən təəccüblüsü odur ki, uşaqlar kukla döymək üçün yeni, kifayət qədər yaradıcı üsullar tapıblar, həmçinin otaqdakı digər oyuncaqlarla daha aqressiv oynayıblar. Uşaqlar nəinki bu cür davranışı təqlid ediblər, ümumiyyətlə, daha aqressiv davranıblar.

Son araşdırmalar göstərir ki, silahların təbliği xüsusilə problemli ola bilər. Ohayo Dövlət Universitetinin tədqiqatçıları 8-12 yaş arası uşaqların cütlüyünün iştirak etdiyi bir araşdırma aparıblar. Onlara iki məşhur filmdən – “Roketçi” (1991) və “Milli Xəzinə”nin 20 dəqiqəlik versiyası nümayiş etdirilib. (2004). Filmin kəsilmiş hissəsində uşaqlar ya personajların silahdan istifadə edən faktiki kadrlarını görüblər, ya da silahların kəsildiyi versiyaya baxıblar. Sonra onları müxtəlif oyuncaqlar, o cümlədən Lego kərpicləri, Nerf oyuncaq silahları və sair olan böyük otağa aparıblar.

Təəccüblü deyil ki, filmdən silahla olan hissəyə baxan uşaqlar, redaktə edilmiş hissəyə baxan uşaqlardan daha aqressiv hərəkət ediblər və bu, əvvəlki araşdırmanın nəticələrini təsdiq edib.

Ancaq bu, hamısı deyildi. Oyun otağında qapalı şkaf da olub və onun çəkməcələrindən birində əsl 0.38 kalibrli tapança olub. Tapança boşaldılıb və elə modifikasiya edilib ki, texniki cəhətdən güllə atmaq mümkün deyil. Həmçinin silahın atəşə tutulması üçün tətiyin kifayət qədər sərt çəkilmə sayını izləməyə imkan verən bir sensor əlavə edilib.

Uşaqlara otaqda silah olduğunu deyilməyib –  alimləri sadəcə olaraq uşaqların silahı özbaşına tapıb-tapmayacağı, tapsalar, onunla nə edəcəkləri ilə maraqlandırıb.

Tədqiqatda iştirak edən uşaqların təxminən 83%-i silah tapıb və əksəriyyəti onunla oynayıb. Silahı tapan uşaqların 27%-i dərhal onu tədqiqata rəhbərlik

edən alimlərə verib və bu halda onu otaqdan çıxarıblar. Silahı tapanların qalan 73%-nin 42%-i bu və ya digər şəkildə onunla oynayıb. Qeyd etmək lazımdır ki, filmdən silahsız hissəni izləyən uşaqların demək olar ki, heç biri tətiyi çəkməyib.

Silahlı hissəyə baxan uşaqlar isə  silahın tətiyini çəkiblər; filmə silahsız baxan uşaqlara nisbətən orta hesabla tətiyi iki-üç dəfə çəkib onu əllərində dörd-beş dəfə çox tutublar. Daha dəhşətlisi, bu uşaqlardan bəziləri tətiyi bir neçə dəfə deyil, tez-tez çəkib. Bəziləri tətiyi 20 dəfədən çox çəkib, bir uşaq silahı pəncərədən küçədə gedən insanları tuşlayıb, digərlari isə silahı başqa bir uşağı nişan alaraq tətiyi çəkib.

Bu araşdırmalar göstərir ki, silahın məzmunu uşaqlarda aqressiv davranışa səbəb ola bilər. Həqiqətən, uşaqlar silahlara inanılmaz dərəcədə maraq göstərirlər və onlar üçün həqiqi və oyuncaq silahlar arasındakı fərqi başa düşmək çətin ola bilər.

Buradan aydın olur ki, əgər siz uşaqlarınızın aqressiv və zorakılığa meyilli olmasını istəmirsinizsə, onları bu cür məzmunlardan və hətta özlüyündə aqressiv davranışa təkan verə biləcək oyuncaq silahlardan uzaq tutun. Bu, uşağınızın mütləq aqressiv olmayacağı demək deyil – bəzi uşaqlar təbii olaraq digərlərindən daha aqressivdirlər – lakin bu, idarə edilə bilər.

 

Aysel Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir