yoqurt

Yoqurt xroniki yorğunluqla mübarizə aparmağa kömək edir

Baxış sayı: 366

Probiyotikləri olan südlü içkilər (yoqurt, kefir, qatıq, ryajenka, ayran və s.) stress və narahatlığı azaltmağa kömək edir.

Bu barədə Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirib.

Onun sözlərinə görə “canlı” mikroflorası olan məhsulların istifadəsi lazımi miqdarda qiymətli maddənin – mərkəzi sinir sisteminin əsas “tormozlayıcısı” hesab edilən qamma-aminobutirik turşunun istehsalına kömək edir. Bu məhsul yuxunu tənzimləyir, düşüncə və yaddaş proseslərini yaxşılaşdırır.

“Probiotikli yoqurtlar və bu qəbildən olan bütün məhsullar mikroblarımızın qamma-aminobutirik turşu istehsal etmək imkanını artırır, onun orqanizmdə səviyyəsini artırır, stress və narahatlığı azaldır”, – deyə həkim bildirib.

Həkim vurğulayıb ki, stressi aradan qaldıran digər təsirli vasitə qucaqlaşmadır, onun effektivliyi elmi şəkildə sübut olunub.

Nərminə Abbasova həmçinin fiziki və nəfəs məşqlərinin də xroniki yorğunluğu məğlub etməyə kömək edəcəyini deyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir