33

Xanımların nəzərinə: Lazer epilyasiyasından sonra bunları etməyin!

Baxış sayı: 1. 614

Son zamanlar xanımların demək olar ki, əksəriyyəti arzuolunmaz tüklərdən qurtulmaq üçün lazer epilyası etdirir. Bəs bu prosedurdan sonra hansı məqamlara diqqət etməli olduğunuzu bilirsinizmi? “Gencaile.az” Aile.lent.az-a istinadən lazer epilyasiyasından sonra diqqət etməyiniz vacib olan məqamları sizinlə bölüşür.

İlk növbədə dərinizi ultrabənövşəyi şüalardan qoruyun (günəş vannası qəbul etməyin və salyariyə girməyin). Ən azı iki həftə günəşə çıxdığınız zaman qoruyucu kremdən istifadə edin.

24 saat müddətində lazer tətbiq edilən bölgənizi qaşımayın, ətir vurmayın, çox isti su ilə yumayın.

Pilinq və ya təmizləyici məhsullardan 1 həftə uzaq durun. Əgər istifadə etsəniz, tük ətrafında qırmızılıq və digər təsirlər görülə bilər. O zaman həmin yerə soyuq su vurun.. Əgər qırmızılıq uzun müddət davam edərsə, kortikosteroidli kremlərdən (prednol krem) 3 gün gündə iki dəfə çəkə bilərsiniz. Dərisi səpkiyə meylli olan insanlarda lazerdən sonra tüklərin çox sərt və qalın olduğu bölgələrdə səpkilər ola bilər. Buna görə narahat olmayın. Kökü dərin olan tüklər yandığı zaman bədən buna qarşı durmaq üçün yad cisim reaksiyası verir. Səpkilər də buna görə yaranır. Bu da qalıcı deyil, əgər istəsəniz, həkiminiz bunun daha tez və asan keçməsi üçün krem məsləhət görə bilər.

Tüklərin tökülməsi

Tüklərin bir hissəsi (qalın və səthi olanlar) lazer epilyasiyası zamanı dərhal yanır. Kökləri daha dərin olan tüklər isə qarşıdakı günlərdə tökülür. Elə tüklər də var ki, tökülmür. Deməli, həmin tüklər yanmayıblar. Onun üçün növbəti seansa ehtiyac qalır. Bu cür tüklərin böyümə dövrünə keçməsini gözləmək lazımdır ki, digər seans edilsin. Buna görə də birinci seansdan 4-5 həftə sonra ikinci seansa gəlmək məsləhət görülür.

Böyüməkdə olan tüklərin nisbəti insandan insana, mövsümə, hormonal səbəblərə görə fərqli olduğu üçün seans sayı da fərqli olur. Sonrakı seansa gələnə qədər uzanan tükləri kəsə bilərsiniz (qayçı, tük tökən krem, ülgüc ilə), lakin maqqaş kimi tükü kökündən çıxaran vasitələrdən istifadə etməyin ki, yanacaq tük kökü qalsın.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir