kishi-payiz-debi

Kişilər üçün payız qarderobunun 10-luğu

Baxış sayı: 2. 589

Soyuq hava – individuallığınızı geyim altında gizlətməyə səbəb deyil. Bu yazı sizə doğru və optimal seçim etməyə kömək edəcək.

Sizlərə payız üçün 10 əsas qarderob əşyasını təqdim edirik ki, hər bir dəbli kişi bunlara sahib olmalıdır.

Lüks məşq şalvarı

payız qarderobu_1

Sadə və rahat görkəminiz üçün əla seçimdir. Kişmir və nazik pambıqdan olan bu şalvarları həm evdə, həm də çöldə istifadə edə bilərsiniz. Toxunma jaket, idman gödəkçəsi və futbolka ilə uyğunlaşdıra bilərsiniz.

Tünd cins

payız qarderobu_2

Çox müstəqil və geyinilə biləcək geyimdir. Bir çox şey ilə uyğunlaşa bilir. Müxtəlif rənglərdə idman pəncəkləri (bleyzer), boş köynəklər və klassik ağ t-shirt ilə geyinə bilərsiniz. Həmçinin müxtəlif printlərlə ağ uzunqol futbolkadan da istifadə edə bilərsiniz.

Enli yaxalı qısa toxunma jaket

payız qarderobu_3

Bu dəbli jaket sizin cəlbedici görünüşünüzü şaxtalara kimi qoruyub saxlaya bilər. Əsas belə jaket alan zaman keyfiyyətli və yaxşı olar ki, markaya üstünlük verəsiniz.

Praktik pambıq gödəkçə

payız qarderobu_4

Palto üçün hələ istidi, lakin tək köynəkdə artıq soyuqdur? Bu zaman optimal variant pambıq gödəkçədir. Tünd cins, boş köynək və siz əla görkəmi təmin etmiş olacaqsınız.

Su keçirməyən ayaqqabı

payız qarderobu_5

İslanmış ayaqlar sizin yuz faizlik görkəminizdən alacağınız həzzin üzərindən xətt çəkə bilər. Xəsislik etməyin və bir iki cüt suya davamlı ayaqqabı əldə edin.

Uzunqol t-shirt

payız qarderobu_6

Qalın olmayan bu t-shirtlər sizə komfort, yüngüllük hissi verəcək. Onları payızın ilk günlərində geyinə bilərsiniz. Lazım gələrsə üstündən digər bir rəngdə köynək, gödəkçə və ya bleyzer geyinmək olar.

Çətir

payız qarderobu_7

Çalışın üzərinizdə həmişə yığılan çətir olsun. Həm yağışdan qoruyacaq, həm də klassik görkəm verəcək.

V-yaxalı nazik kardiqan

payız qarderobu_8

Çox praktik olan geyimdir. Bu mövsümdə qara, tünd göy, boz kişmir və yundan olan kardiqanlar dəbdədirlər. Ofis geyimi üçün çox əlverşlidir. Tünd cins və qara ayaqqabı ilə əla uyğunlaşır. İstəsəniz qara qalstuk da istifadə edə bilərsiniz.

Uzun plaş

payız qarderobu_9

Su keçirməyən xaki, bej, qara və ya tünd-göy rəngli uzun plaş sizin görkəminizə yalnız müsbət təsir edəcək. Keyfiyyətlisini əldə etsəniz, siz ən azı 10 il üst geyim barəsində düşünməyəcəksiniz. Tünd şalvar və ağ köynək ilə sizin klassik görkəminiz bütövləşəcək. Velvet parçadan olan paltarlarınızı da belə plaşla uyğunlaşdıra bilərsiniz.

Şərf

payız qarderobu_10

Orta ölçülü kişi şərfi istənilən centelmen üçün universal aksessuardır. Sizin payız görkəminizə avropa görünüşü verəcək. Yaxşı olar ki, şərflər yüksək keyfiyyətli parçalardan olsun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir