Uşaqları internet asılılığlndan necə xilas edək?

Baxış sayı: 1. 807

İn­for­ma­si­ya və in­ter­net ası­lı­lı­ğı­nın ya­ran­ma­sı­na in­san­la­rın yaş xü­su­siy­yət­lə­ri bi­la­va­si­tə tə­sir gös­tə­rir. An­caq  in­ter­ne­tin əsas is­ti­fa­də­çi­lə­ri olan uşaq­lar və ye­ni­yet­mə­lər mü­va­fiq tə­si­rə da­ha çox mə­ruz qa­lır­lar.

Mü­şa­hi­də­lər gös­tə­rir ki, bu cür uşaq­lar­da və­tən­pər­vər­lik hiss­lə­ri zə­if, mil­li-mə­nə­vi də­yər­lər isə tam mə­nim­sə­nil­mə­miş olur. Uşaq­la­rı zə­rər­li vər­diş­lər­dən qo­ru­maq üçün Mil­li Məc­li­sin Ai­lə, qa­dın və uşaq mə­sə­lə­lə­ri ko­mi­tə­si­nin  ic­la­sın­da “Uşaq hü­quq­la­rı haq­qın­da” və “Te­le­kom­mu­ni­ka­si­ya haq­qın­da” qa­nun­la­ra uşaq­la­rın hü­quq­la­rı­nı nə­zər­də tu­tan ye­ni müd­dəa­la­rın əla­və olun­ma­sı mü­za­ki­rə edi­lib. “Uşaq hü­quq­la­rı haq­qın­da” qa­nu­nun 15-ci mad­də­si­nə (Uşa­ğın mə­lu­mat azad­lı­ğı) edil­mə­si nə­zər­də tu­tu­lan la­yi­hə­yə əsa­sən, uşaq­la­rın sağ­lam­lı­ğı­na və in­ki­şa­fı­na zi­yan vu­ran in­for­ma­si­ya­dan qo­run­ma­sı mü­va­fiq qa­nun­la tən­zim­lə­nir. Də­yi­şik­lik uşaq­la­rın sağ­lam­lı­ğı­na və in­ki­şa­fı­na zi­yan vu­ran in­for­ma­si­ya­dan on­la­rın qo­run­ma­sı­nın mü­va­fiq qa­nun­la tən­zim­lən­mə­si­ni nə­zər­də tu­tur.

“Te­le­kom­mu­ni­ka­si­ya haq­qın­da” qa­nu­nun 33-cü mad­də­si­nə (Ope­ra­tor­la­rın və pro­vay­der­lə­rin və­zi­fə­lə­ri) əla­və edi­lə­cək bən­də gö­rə isə abu­nə­çi­lə­rin mü­ra­ciə­ti əsa­sın­da uşaq­la­rın sağ­lam­lı­ğı­na və in­ki­şa­fı­na zi­yan vu­ran in­for­ma­si­ya­dan qo­run­ma­sı üçün in­ter­net in­for­ma­si­ya eh­ti­yat­la­rın­dan təh­lü­kə­siz is­ti­fa­də im­kan­la­rı­nı tə­min et­mək və­zi­fə­si də təs­bit olu­nur. Qa­nu­nun 34-cü mad­də­si­nə (Abu­nə­çi­lə­rin hü­quq və və­zi­fə­lə­ri) nə­zər­də tu­tu­lan də­yi­şik­lik­də uşaq­la­rın sağ­lam­lı­ğı­na və in­ki­şa­fı­na zi­yan vu­ran in­for­ma­si­ya­dan qo­run­ma­sı üçün təd­bir­lər gö­rül­mə­si­ni tə­ləb et­mək im­ka­nı ola­caq.

Araş­dır­ma­lar gös­tə­rir ki, dün­ya­da in­ter­net­lər­dən is­ti­fa­də edən is­ti­fa­də­çi­lə­rin 50 fai­zi 8-15 yaş­lı uşaq­lar­dır. On­la­rın hər 5 nə­fə­rin­dən bi­ri ci­na­yət­kar­la­rın qur­ba­nı­na çev­ri­lir.
Uşaq Hü­quq­la­rı üz­rə QHT Al­yan­sı­nın İda­rə He­yə­ti­nin səd­ri Na­zir Qu­li­ye­vin söz­lə­ri­nə gö­rə, uşaq­lar mo­bil te­le­fon­la­ra çox ma­raq gös­tə­rir­lər. Be­lə ki, on­lar mo­bil te­le­fon­lar­da, in­ter­net­də da­ha çox şəx­si hə­yat­la bağ­lı mə­lu­mat­la­ra ba­xır, on­lar­dan por­noq­ra­fik ma­te­ri­al­la­rın ötü­rül­mə­si üçün is­ti­fa­də edir­lər.
N.Qu­li­yev bil­di­rir ki, in­ter­ne­tin zə­rər­li is­ti­fa­də­sin­də, uşaq­la­rın təh­sil­dən ya­yın­ma­sın­da in­ter­net-klub­la­rın da ro­lu var: “Düz­dür, in­ter­ne­tin in­for­ma­si­ya ba­xı­mın­dan xe­yir­li tə­rəf­lə­ri də var, am­ma bu­nun uşaq­lar üçün ar­zuo­lun­maz  zə­rər­li tə­rəf­lə­ri da­ha çox­dur. Por­noq­ra­fi­ya, ter­ro­rizm, mil­li, di­ni ay­rı-seç­ki­li­yi təb­liğ edən in­for­ma­si­ya­lar uşaq­lar üçün if­rat də­rə­cə­də zə­rər­li­dir. Bu­ra kom­pü­ter oyun­la­rı da aid et­mək olar. Uşaq­la­rı bu ki­mi zə­rər­li va­si­tə­lər­dən uzaq tut­maq la­zım­dır. Çün­ki in­for­ma­si­ya və in­ter­net ası­lı­lı­ğı­nın ya­ran­ma­sı­na in­san­la­rın yaş xü­su­siy­yət­lə­ri bi­la­va­si­tə tə­sir gös­tə­rir”.

Qu­li­ye­vin fik­rin­cə, uşaq­la­rın in­ter­net klub­lar­dan is­ti­fa­də et­mə­si­nə nə­za­rət güc­lən­di­ril­mə­li­dir. Çün­ki uşaq­lar in­ter­net klub­lar­da va­li­deyn nə­za­rə­tin­dən kə­nar­da olur­lar. “Uşaq­lar üçün in­ter­net klub­lar­da sa­at məh­du­diy­yə­ti qo­yul­ma­lı­dır. Uşaq ge­dib 4-5 sa­at ora­da otur­du­ğu za­man özü­nə la­zım olan in­for­ma­si­ya ilə ya­na­şı, la­zım­sız in­for­ma­si­ya­la­rı da əl­də edə bi­lir. Va­li­deyn­lər uşaq­la­rı­nı nə­za­rət­də sax­la­ma­lı­dır­lar.  Va­li­deyn uşa­ğın han­sı vaxt­da kom­pü­ter­dən is­ti­fa­də edə bi­lə­cə­yi­ni mü­əy­yən­ləş­dir­mə­li, onun han­sı proq­ram­dan is­ti­fa­də et­mə­si­nə nə­za­rət et­mə­li­dir. Uşaq­la­rın sa­at­lar­la in­ter­net klub­lar­da ol­ma­sı on­lar üçün təh­lü­kə­li­dir. Sa­at­lar­la kom­pü­ter qar­şı­sın­da ol­maq uşa­ğı re­al hə­yat­dan, ak­tiv id­man, əmək fəa­liy­yə­tin­dən ayı­rır. Be­lə­də uşaq ta­ma­mi­lə pas­siv­lə­şir. Ümu­miy­yət­lə, uşa­ğın gün­də­lik hə­yat tər­zi elə for­ma­laş­ma­lı­dır ki, bu­ra­da kom­pü­ter­dən baş­qa, ki­ta­ba, te­le­vi­zo­ra, ak­tiv hə­ya­ta da yer ayı­ra bil­sin”.

Mü­sa­hi­bi­miz he­sab edir ki, edi­lə­cək də­yi­şik­lik­lər uşaq­la­rı bir çox zə­rər­li vər­diş­lər­dən qo­ru­ya bi­lər.

İn­ter­net üz­rə mü­tə­xəs­sis Os­man Gün­dü­zün fik­rin­cə, hə­qi­qə­tən də uşaq­la­rın in­ter­net­də təh­lü­kə­siz­li­yi prob­le­mi möv­cud­dur və bu prob­lem tək­cə Azər­ba­ya­can­da de­yil, bü­tün dün­ya­da ya­şa­nır.  “Uşaq­la­rın in­ter­net­dən is­ti­fa­də za­ma­nı təh­lü­kə­siz­li­yi­ni qo­ru­ma­lı­yıq. Am­ma bu, tək­cə hö­ku­mə­tin və ya­xud qa­nun­ve­ri­ci or­qa­nın işi de­yil. Prob­le­min həl­li bü­töv­lük­də cə­miy­yə­tin işi­dir. Bu­ra­da va­li­deyn­lər, mək­təb, ic­ti­ma­iy­yət, özəl sek­tor bir­lik­də mə­sə­lə­nin həl­li is­ti­qa­mə­ti ilə məş­ğul ol­ma­lı­dır­lar”.
O.Gün­düz bil­di­rir ki, bu mə­sə­lə­də mə­su­liy­yət va­li­deyn­lə­rin, mək­tə­bin üzə­ri­nə dü­şür. “İn­ter­net klub­lar­da uşaq­la­rın qa­nun­ve­ri­ci­lik­də qa­da­ğan olu­nan, onun psi­xi­ka­sı, tər­bi­yə­si­nə tə­sir edən in­for­ma­si­ya­la­rı al­ma­sı eh­ti­ma­lı var, bu­nun qar­şı­sı­nı al­maq in­ter­net klub rəh­bər­lə­ri üçün tə­ləb­lə­rin əks olun­du­ğu mü­əy­yən töv­si­yə­lər ha­zır­la­na bi­lər. Bu töv­si­yə­lə­rə əsa­sən, in­ter­net-klub­lar­da an­caq uşaq­la­rın is­ti­fa­də edə bi­lə­cə­yi kom­pü­ter­lər ay­rı­la bi­lər. Yə­ni, elə edil­mə­li­dir ki, uşaq­lar üçün zə­rər­li olan in­for­ma­si­ya­la­rın bu kom­pü­ter­lər­də iş­lə­nil­mə­si müm­kün ol­ma­sın. Be­lə bir töv­si­yə ha­zır­la­nıb in­ter­net klub­la­ra ve­ril­mə­li­dir”.

Mü­sa­hi­bi­mi­zin söz­lə­ri­nə gö­rə, uşaq­lar üçün mü­əy­yən sa­at vax­tı qo­yul­ma­lı­dır ki, hə­min vaxt­dan son­ra on­lar in­ter­net klub­lar­dan is­ti­fa­də edə bil­mə­sin­lər. “Bu­ra­da da əsas mə­su­liy­yət ye­nə va­li­deyn­lə təh­sil mü­əs­si­sə­lə­ri­nin üzə­ri­nə dü­şür”.

İra­də CƏ­LİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir