Gözəl qadınlar bu səbəblərə görə yalnız qalırlar – ARAŞDIRMA

Baxış sayı: 1. 686

Floridadan olan alimlər bir sıra yaraşıqlı kişilərin və gözəl qadınların nə üçün yalnızlığı seçdikləri ilə bağlı maraqlı araşdırma aparıb.

“Personality and Social Psychology Bulletin” jurnalında dərc olunan məqaləyə görə, floridalı alimlər kişi və qadınların nəyə əsasən özünə tərəfdaş seçməsilə bağlı 6 müstəqil araşdırmanı analiz ediblər. Nəticədə məlum olub ki, həyat yoldaşı seçimində xarici görünüş heç də başlıca faktor deyil.

Bundan əlavə alimlər müəyyən ediblər ki, insanların cazibədar tərəfdaşla birgə olmaq istəməməsi üçün bir sıra səbəblər var. Bu səbəblər arasında müxtəlif dini baxışlar, aşağı sosial status, potensial sevgilinin qeyri-sağlam həyat tərzi, tərəflərdən hər hansı birinin xarakterinin pis olması yer alır.

Alimlərin fikrincə, insanlar bütün həyatı boyu yanında olacaq tərəfdaşı seçərkən onun üstünlüklərindən çox, çatızmazlıqlarına diqqət yetirirlər. Araşdırmaçıların sözlərinə görə, buna səbəb təkamül zamanı insanların hər şeydə şübhəli və mənfi bir şeylər axtarmaq vərdişinin yaranmasıdır. Məhz bu özəllik insanın təkamül boyu həyatda qalmasına səbəb olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir