Nike

Adını səhv tələffüz etdiyimiz məhsullar

Baxış sayı: 1. 535

Gündəlik həyatda elə məhsullar var ki, onların digər dillərdən tələffüzünü hələ də düzgün etmirik. “Gencaile.az” bu məhsul və əşyaların bir neçəsinin düzgün deyiliş qaydasını təqdim edir.

Mitsubishi (düzgün deyilişi Misubisi) – Bu avtomobil markasına bəzən “Mitsubişi” deyənlər də var. Amma yapon dilində “sh” hərf birləşməsi “ş” deyil, “s” səsinə yaxındır.

Image result for Garnier

Garnier (düzgün deyilişi Qarnye) – Nədənsə, reklamçıların bir çoxu sondakı “r” səsini xüsusi vurğu ilə deyir. Halbuki, fransız dilində sonuncu “r” işlənmir.

Nike (düzgün deyilişi Nayki) – Brendi qələbə ilahəsi Nikinin şərəfinə adlandırıblar. Bu isə amerikalılarda “Nayki” səslənir.

Hyundai (düzgün deyilişi Hyunde) – Koreya dilindən tərcümədə “Hyundai” müasirlik deməkdir. Bu isə vurğunun sonuncu hecaya düşdüyü “Hyunde” sözüdür.

Porcshe (düzgün deyilişi Porşe) – Bu sözdə isə soyad olduğu üçün vurğu ilk hecaya düşür.

Samsung  (düzgün deyilişi Samson) – Bu söz “üç ulduz” kimi tərcümə edilir. Düzgün tələffüzdə vurğu ilk hecaya düşür.

Image result for samsung

Xerox  (düzgün deyilişi Ziroks) – Bu sözdə “X” hərfi ingilis dilində olduğu kimi tələffüz edilməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir