MASIN

Maşını necə təhlükəsiz idarə etməli?

Baxış sayı: 815

Avtomobili təhlükəsiz idarəetmə həm sizin özünz üçün, həm də digər yol hərəkəti iştirakçıları üçün olduqca vacibdir.

Sükan araxasında məsuliyyətli davranmaq hər bir sürücünün borcudur. “Gencaile.az” saytının sizə təqdim etdiyi aşağıdakı məsləhətlər təhlükəsiz idarəetmə baxımından əhəmiyyətli olacaq:

 avtomobil

Sürət həddini aşmayın

Heç bir iş həyatınızdan əhəmiyyətli deyil: hara, nə üçün tələsmənizdən asılı olmayaraq sürət həddini aşmayın, avtomobili sürətli idarəetmədən çəkinin. “Sürət həyatda inkişaf, olda təhlükədir” devizini unutmayın, hətta avtomobilinizdə gözünüzə tez-tez sataşa biləcək bir yerinə yazıb yapışdırın.

 

İçki içərək sükan arxasında əyləşməyin

Statistika göstərir ki, yol qəza hadisələrinin ilk səbəblərindən biri məhz içkili şəkildə avtomobil idarə olunmasıdır. İçkili halda avtomobil idarə etməyə görə siz həm cərimələnə, həm də ən pisi yol qəza hadisəsinə səbəb ola bilərsiniz.

Belə vəziyyətdə başqa sürücünün köməyindən istifadə etmək və ya olduğunuz yerdə gecələmək tövsiyə olunur.

Yuxulu halda avtomobil idarə etməyin. Araşdırmalar göstərir ki, belə halda idarəetmə ani hadisələrə ən azı 5 dəfə gec reaksiya deməkdir. Bəzən isə sükan arxasındaca yuxuya keçmə baş verir və qəza qaçılmaz olur. Gecə 8 saat yatmağa çalışın. Sükan arxasında əyləşməzdən öncə 1 fincan qəhvə də yaxşı təsir edər.

 avtomobil

Qəbul etdiyiniz dərmanların etiketlərini oxuyun

Dərmanların bəziləri yuxululuğa, keyitməyə səbəb olur. Odur ki, sürücülər bu baxımdan da diqqətli olmalıdır. Yaxşı olar ki, qəbul etdiyiniz tabletlərin yarlıqlarını gözdən keçirəsiniz. Əgər həbin məlumat kağızında sürücülər üçün xüsusi xəbərdarlıq varsa, yaxşı olar ki, sükan arxasında əyləşməkdən qaçasınız.

 

Kəmərləri bərkidin

Sükan arxasında əyləşərkən açarı fırlatmazdan öncə ilk işiniz kəmərinizi bağlamaq, digər sərnişinləri də eyni hərəkəti etməyə dəvət etmək olsun. Təhlükəsizlik kəməri yol qəzaları zamanı faciəvi hadisələrdən sığortalanmağa böyük miqyasda kömək edir. Mütəxəssislər bu baxımdan zədələnmə riskinin 50-60 faizə qədər azaldığını qeyd edirlər.

 

Soyuqqanlı olun

Bütün işlərdə olduğu kimi, avtomobil idarə edərkən də soyuqqanlı olmağa cəhd etməlisiniz. Bunu bacarsanız, maşını həm özgüvənli şəkildə idarə edəcəksiniz, həm də yolda yarana biləcək çətin vəziyyətdə özünüzü itirməyəcək, çıxış yolunu daha rahat tapacaqsınız.

 

Təqdim etdi: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir