masa

“Ağıllı” masa

Baxış sayı: 2. 377

“İKEA” şirkətinin “ağıllı” masa konsepsiyası inqrediyentləri “tanıyaraq” reseptləri masanın səthinə proyeksiya edə bilir. Konsepsiya İsveçin “İKEA” şirkətinin mühəndisi tərəfindən patentləşdirilib.

Bu masa onun üzərinə qoyulmuş məhsulların şəklini çəkir, daha sonra onları “tanıyaraq” internetdə müvafiq kulinariya reseptləri axtarır. Məsləhətlər birbaşa masanın səthinə proyeksiya edilir.

Xarici medianın yazdığına görə, ideyanın müəllifləri ümid edirlər ki, belə masalar kütləvi istehsal edildikdə, onların qiyməti münasib olacaq.