pul

Ailə 2023-cü ildən ünvanlı sosial yardım alırsa, yardım məbləği də artırılacaqmı?

Baxış sayı: 519

Bu ildən etibarən ehtiyac meyarının 246 manatdan 270 manata çatdırılması ünvanlı sosial yardım məbləğinin artmasına səbəb olub. Bununla yanaşı, ən çox verilən suallardan biri də məhz ehtiyac meyarı dəyişməmişdən öncə yardım almağa başlayanların ödənişlərində artım olub-olmaması ilə bağlıdır.

Yəni əgər ailə 2023-cü ildən başlayaraq ünvanlı sosial yardım alırsa, onun yardım məbləği də artırılacaqmı?

 vuqar bayramov

Millət vəkili Vüqar Bayramov bildirir ki, mövcud qaydalara əsasən, ehtiyac meyarının artması 2024-cü ildən etibarən ünvanlı sosial yardım almaq hüququ yaranan ailələrin yardım məbləğinə təsir göstərir.

Deputatın sözlərinə görə, ehtiyac meyarı artırıldığı üçün onların gəlirləri və xərcləri hesablanan zaman 270 manat meyarından istifadə olunur: “Bu zaman ailədə adambaşına gəlir 246 manatdan deyil, 270 manatdan çıxılır və həmin ailə daha çox yardım ala bilər. Bununla yanaşı, ehtiyac meyarı artırılmamışdan əvvəl sosial yardım almağa başlayan ailə yardım məbləğini necə artıra bilər? Qaydalara əsasən, ailənin gəlirlərində ötən müddətdə dəyişiklik baş verməyibsə, o halda həmin ailə yardımı dayandırıb yenidən müraciət edə bilər.

pul

Yəni ehtiyac meyarı 246 manat olan zaman yardım almağa başlayan ailənin gəlirində dəyişiklik baş verməyibsə, yenidən müraciət hüququna malikdir. Bununla həmin ailə daha çox məbləğdə yardıma müraciət edib əldə edə bilər. Həmin ailə elektron kabinet üzərində yardım dayandırılması və yenidən müraciəti həyata keçirməlidir. Bütövlükdə, ehtiyac meyarının artırılması yeni sosial yardım alanların ödəniş məbləğinə birbaşa təsir etsə də, proqramdan faydalananlar üçün imkanlar da yaradır”.

 

İsmayıl Qocayev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir