evlenmek

Ailə qurmaq üçün ideal yaş dövrü hansıdır? – ARAŞDIRMA

Baxış sayı: 1. 622

Alimlər ailə qurmaq üçün ideal yaş dövrünü öyrəniblər. The Independentin xəbərinə görə alimlər yüzlərlə ailə cütlüklərin münasibətlərini təhlil etdikdən sonra ailə qurmaq üçün ideal yaş təyin edib. Mütəxəssislərin fikrinə görə, bu 28-32 yaşlar arasıdır.

Bu yaşlarda ailə quran insanlar özünü daha xoşbəxt hiss edir və bu yaş qrupunda boşanmaların faizi ən aşağıdır.

Əksinə isə 20 yaşında ailə quranlar ən tez-tez boşanır.

Mütəxəssislərin fikrinə görə, bunun səbəbi həyat təcrübəsinin az olmasıdır.

40 yaşa yaxın ailə quranlar da ailə həyatında çoxlu problemlərlə üzləşir. Bu yaşlarda ailə quran insanlar bir çox hallarda bunu son şans kimi qiymətləndirir və bu da tez-tez düz seçim etməyə mane olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir