Ailə sizin üçün nə deməkdir?
Suallara səmimi və düzgün cavab verin. Yalniz, cavab xallarinizi topladiqdan sonra “nəticə”ni oxuyun.
1. Sizin ögey ata, ana və ögey uşaqlar ifadəsinə münasibətiniz necədir ?
a) Həyatda hər şey ola bilər-3
b) Mən bunu qəbul etmirəm-2
c) Bunu adi hal kimi qəbul edirəm-1
2. Siz neçə uşaq olan ailədə yaşamağa üstünlük verərdiniz ?
a) Bir uşaq-1
b) İki uşaq-3
c) Beş və daha çox-2
3. Siz yaxın qohumların şəxsi həyatınıza müdaxilə etməsinə necə baxırsınız ?
a) Çox pis-1
b) Şəraitdən asili ola bilər-3
c) Bu onlarin borcudur-2
4. Sizin müasir xarici telekanallara münasibətiniz necədir ?
a) Ailə üçün onlar yaramir-2
b) Onlarsiz maraqli yaşamaq olmaz-1
c) Yalniz tədris və musiqi proqramlarina baxmaq olar-3
5. Siz hansı yaş mərhələsində evlənməyi labüd sayırsınız ?
a) 15-20 -1
b) 20-25 -3
c) 25-35 -2
6. Ailənizlə birlikdə hansı ölkədə yaşamağa üstünlük verərdiniz ?
a) Türkiyə-1
b) İran-3
c) İsveçrə-2
Nəticə
15 xal və ondan yuxarı:
Siz ailəyə və ailə adət ənənələrinə ciddi yanaşirsiniz. Sizin üçün ailə hər şey deməkdir. Yəni, siz ailəsiz yaşaya bilməzsiniz. Ona görə də gününüzün əsas hissəsini ailənizlə keçirməyə üstünlük verirsiniz.
10-14 xal arası:
Siz ailəyə ciddi yanaşırsınız. Ailədaxili münasibətlərin sağlamlığı və möhkəmliyi sizin üçün əsas məsələdir. Lakin siz ailə-məişət işlərinə bir az laqeyd yanaşırsınız. Bu da birbaşa sizin xarakterinizlə bağlıdır.
9 xal və ondan aşağı:
Sizin üçün ailə adi həyat tələbatlarından biridir. Siz ailəyə o qədər də ciddi yanaşmırsınız. Bəlkə də, bu sizin düşdüyünüz həyat şəraitindən yaranıb. Hər halda, bu məsələyə ciddi yanaşmağın vaxtı çatib.