aile

Ailədə münaqişələrin yaranma səbəbləri

Baxış sayı: 696

Ailədə oğlan uşaqlarına olan aşırı sevgi və bağlılıq müəyyən müddətdən sonra problemlərin yaranmasına səbəb olur. İlk növbədə yaşıdları arasında baş verən kişik münaqişələr zəminində qorxu hissi yaşanır, çünki valideynin hər an onu dəstəkləməsi uşaqda özünə inamsızlıq yaradır, əsasən də ata oğul uşağına bu məsələlərdə biraz sərbəstlik verməsi müsbət haldır. Ana alış-veriş zamanı paltar seçimində oğlunun fikrini bilməsi vacibdir, çünki yaşıdları ilə hər gün ünsiyyətdə olduqları zaman bu mövzuda söhbətləşirlər, düşünmədən qınaq obyektinə çevrilmə ehtimalları olur və uşağa bu durum pis təsir edir.

Yeniyetmə dövründə oğlan sevgi yaşayırsa ilk növbədə ana bu məsələni diqqətdə saxlamalıdır, atanı da məlumatlandırmalıdır, çünki bəzi məqamlarda atanın müdaxiləsi qaçılmazdır.

Aile

Ən böyük problemlər oğul evləndikdən sonra başlayır. Oğluna olan bağlılıq və sevgi anada qısqanclıq hissi oyadır. Oğlunu gəlninə qısqanır, təbii ki, burda gəlinə də təsir edən amillər meydana çıxır. Həyat yoldaşına olan sevgisini, ailəsini qorumaq üçün müəyyən məsələlərdə reaksiya verməyə məcbur olur. Əgər bacarmadığı işlər varsa öyrədilərək yoluna qoymaq mümkündür, davranışında yanlışlıqlar varsa həyat yoldaşı nöqsanları aradan qaldırmağa vasitəçi olur. Amma qayınana gəlin münasibətləri erkən yoluna qoyulmasa daha da dərinləşir, bu ilk növbədə hər ikisi arasında razılığa gəlməklə və qarşılıqlı anlaşma ilə mümkündür. Gəlin ananı anlamalıdır, hörmətlə yanaşmalıdır, eyni zamanda qayınana gəlini qırmamaq üçün bu həssas məsələdə qısqanclıq hissini yumşaq mənada boğmağa çalışmalıdır.

 

aile

Həyatın qanunu belədir, oğul evləndirilir, qız başqa ocağa yola salınır, övladlarımızı əzizləyib ağuşumuzda bəsləyib hər kəsdən təcrid edə bilmərik. Övlad ailədə necə tərbiyə alırsa cəmiyyətdə özünü o tipdə tapacaq, mənfiliklər yenidən geri qayıdır, müsbətlər irəliyə doğru inkişaf edir…

Hər kəsə üstümüzə düşən bu çətin vəzifədə uğurlar diləyirəm!

 

Qabil  Xəyal




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir