Ərzaqlar:
3 ədəd turş alma
1 ədəd limon
1/2 ç.q kəklikotu
1/2 ç.q nanə qurusu
Duz
Istiot
Hazırlanması:
Almaları yuduqdan sonra qabığını soyuruq. Almaların ortasını çıxardırıq.
Almaları 0.5 sm qalınlığında dairəvi doğrayırıq.
Doğranmış almanı qaba lay şəklində düzürük.
Linonun suyunu sıxıb almanın üstünə tökürük.
Almaların üstünə zövqə görə duz və istiot da səpib kəkotu ilə nanə qurusunu səpirik.