Hazırlanma qaydası:
Kiçik ölçülü ağ kələmin yarısı və iki ədəd alma uzun-uzun doğranılır. Bir ədəd orta ölçülü kök rəndələnir və bir dəstə şüyüd xırda şəkildə doğranılır. Hamısı uyğun ölçülü kasada üç yemək qaşığı mayonez və zövqə görə duz-istiotla qarışdırılır. Alma salatımız hazırdır, nuş olsun!
Tərkibi
Yarım ədəd ağ kələm (kiçik ölçü)
2 ədəd alma
1 ədəd kök
1 dəstə şüyüd
Üç yemək qaşığı mayonez
Zövqə görə istiot və duz