Bugünkü məqaləmizdə ana südündə mikrob anlayışı haqda danışacağıq. Əvvəlcədən xatırladım ki, ana südünün əkilməsi Sovet dövrü düşüncəsidir və bəzilərinin beynində özünə elə kök salıb ki, onu ordan çıxartmaq böyük məharət tələb edir. “Südündə mikrob var və ona görə uşağın qarnı gedir, südünü təcili kəsməlisən, yoxsa uşağın ölə bilər” deyimı çox təəssüf ki, gənc anaların beyninə salınaraq ananın körpəni tanrının gözəl lütfü olan süddən məhrum etməsinə birbaşa zəmin yaradır və nəticədə körpə lazımsız yerə əlavə süni qidalar və hələ bu azmış kimi aylarca Stafilokok müalicəsi alır. Ana südünün faydaları tükənməzdir. Düşünün ki, ana südü tərkibindəki qoruyucu maddələrlə körpələrimizi mikroblardan qoruyan ilk peyvənddir. Onların immun sistemini quvvətləndirən, körpələrimizin tələbatına uyğun qidalı maddələrlə zəngın olan bu nemət (bəzı hallar istısna olmaqla) heç bir halda körpələrimizə ziyan verə bilməz.
Son illərdə aparılan araşdırmalar göstərdi ki, ana südündə 100-dən çox mikroblar var, amma bunlar xəstəlik qaynağı ola bilməz, çünki sağlıqlı dozada olur və bunlar körpə doğulandan süd vasitəsilə körpəyə keçərək onu zərərli mikrobların təsirindən qoruyur. Qadınların südünün incələnməsi zamanı gəlinən nəticə -özəlliklə 9 bakteriya ortaq olaraq bütün qadınlarda tapıldı və bunların insan bağırsağında normalda yasayan və orqanizm üçün çox böyük əhəmiyyətə malik olan -insani patoloji mikroblardan xərçəngdən və bir çox revmatolıjı xəstəliklərdən qoruyan mikrob qrupu olması təsbit edildi və bu araşdırma “ana südündə mikrob var”, “süd vermək olmaz” fikrinin üstündən bütünlüklə xətt çəkmiş oldu.
Əslində ana südünün faydaları mövzusu çox geniş mövzudur. Çox yerdə bu məlumatlar olduğu üçün bu gün onlara toxunmadım. Növbəti mövzuda hansı hallarda ana südü verilməz sualına cavab tapacağıq. Bır faktı da anaların diqqətinə çatdırım – mövzudan kənardır amma çox rast gəldiyım suallardandır – Əgər ana süd verə-verə hamilə qalıbsa, hamiləlik baş verdiyinə görə südü kəsmək çox yanlış addımdır. Bütün araşdırmalar göstərdi ki, süd verən qadın yenidən hamilə qalırsa, tam əminliklə südünü hamiləlik başa çatana qədər verə biler. Bu heç bır düşük riskinə və ya erkən doğuma səbəb olmur. Həmçinin süd yeyən körpə üçün təhlükə törətmir. Sadəcə bu zaman ananın qidalanması daha zəngin olmalıdır. Düşünürəm ki, bu məqalə bir çoxlarına faydalı olacaq.
Pediatr Xəyalə Quliyeva
Ana südü uşağın immun sisteminin əsasını qoyur. Ana südü təkcə qida, kalori, immuniteti möhkəmləndirmək demək deyil. Körpənin ilk andan ana südü ilə qidalandırılması onun sosial, psixoloji baxımdan inkişafı üçün də mühüm əhəmiyyət kəsb edir.
Körpə ilk günlərindən ana südü ilə qidalandıqda, onun mədə-bağırsaq sisteminin florası yaranır, bu da uşağın sonrakı həyatı üçün çox önəmlidir. Hər bir qadın, ana bunu dərk etməlidir. Ana övladını südlə qidalandırdıqda ona sağlam gələcək bəxş etmiş olur. Uşağa süd vermək həm də ana ilə körpə arasında doğmalıq bağı yaradır
Ana süd verdiyi dövrdə qida rasionunda vitaminli qidalara, meyvə-tərəvəzə üstünlük verməli, ağartı məhsullarından daha çox istifadə etməlidir. Ananın rasionunda zülal, karbohidratlı, minerallı qidalar bol olmalıdır. Ağır kalorili yeməklərdən qaçsalar yaxşıdır. Qida rasionunu düzgün seçəndə ana heç vaxt artıq çəki almaz
Məncə, ancaq və ancaq bəzi xəstəliklərin kəskinləşmə dövründə ana südünün verilməsi qadağan olunur. Həkimdən bu mövzuya aydınlıq gətirməyi xahiş edirəm
Hörmətli Cəmilə xanım, həkimin yazısının sonuna diqqət etsəniz, məhz dediyiniz mövzuya toxunacağına işarə etdiyini görəcəksiniz. Yəqin ki, yaxın vaxtlarda bu haqda yazı yayımıanacaq.
Təşəkkürlər. Maraqlı və vacib mövzudur. Baxmayaraq ki, dünyanın hər bir yerində ana südünün əhəmiyyəti olduqca çox vurğulanır, amma yenə də maariflənməyə ehtiyac var. Həkimə minnətdaram bir ana kimi.
hər bir doğum evində analara uşaq doğulan kimi körpəyə ana südü vermək tövsiyə olunmalıdır: “Bilənlər bilir, bilməyənlərə demək lazımdır ki, ana südü uşaq üçün qoruyucudur.
Ana südü ilə qidalanan uşaqların psixoloji inkişafı da normal gedir. Yəni körpədə heç bir aqressivlik, hiperaktivlik və s bu kimi sindromlar inkişaf etmir. Körpənin inkişafına dair “Min gün” proqramı var. Bu, körpələrin bətndaxili inkişaf dövründən başlayaraq iki il boyunca davam edən bir proqramdır. Burada əsas amil körpələrin ana südü ilə qidalandırılmasıdır. Hər bir qadın bilməlidir ki, süd vermək həm də ananı bir çox xəstəliklərdən qoruyur…
Ana südü ilə qidalanma bütün bu qoruyucuların süd vasitəsilə körpəyə keçib onu qorumağa səbəb olur.
Mövsüm xəstəliyindən uşaqları necə qoruyaq mövzusuna da toxunun hekim
Mehri xanım, Xəyalə Quliyevanın “Uşaqlarımızı “gəzən qrip”dən necə qoruyaq” başlıqlı yazısı var. Bu yazını oxumaqla faydalana bilərsiniz. Digər mövzulara isə yəqin ki, aktuallığına uyğun sırlama ilə toxunulacaq.
Bu yazi yayimlananda bildirilmisdi ki, ana sudu hansi hallarda qadagan olunur movzusuna toxunulacaq. Bu haqda hekime sual unvanlamisdim. Amma bu haqda yaziya rast gelnedim teessuf ki
Cəmilə xanım, həkimə suallarınızı Xəyalə xanımın instagram səhifəsinə yaza bilərsiniz